İstifadəçi:Lachin Mamishov
Xəstə kasıbları təmənnasız müalicə etdiyi üçün ona "Kasıbların həkimi" ləqəbini vermişdilər...ŞÜKRULLA Şirvani (1400-1479) – Quran təfsirində və hədis danışmaqda məşhur və tibb elmində olduqca mahir olan mütəfəkkir olmuşdur. Şamaxıda anadan olmuş və ilk təhsilini də Şamaxıda almışdır. Ali ruhani və tibb təhsilini Misirdə almışdır. Oradan Tükiyəyə getmiş, Fateh Sultan Məhəmmədin (1432-1481) təbibi və vəzir səviyyəsində məsləhətçisi olmuşdur. İstanbulun fəthində həmyerlisi Ağ Şəmsəddinlə bərabər Fatehin məsləhətçisi olmuşdur. İstanbulda yaşamış, bir təsəvvürə görə 1479-cu ildə orada vəfat etmişdir. Məhəmmədəli Tərbiyət yazır: “Fars dilin-də yazılmış “Rövzətül-ümum” əsəri hesab, heyət, nücum, məntiq, müəmma, bədi, şeir, qafiyyə və təsəvvüf elmləri haqqında onun əsəridir. Bu kitabın bir nüsxəsi İstanbulun Ayasofiya muzeyi kitabxanasında saxlanılır. Bu nüsxə hicri qəməri 894 (1488)-cü ildə yazılmışdır”.