Məzmuna keç

Adsız şeir: Redaktələr arasındakı fərq

Vikimənbə saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Səhifəni '{{Başlıq | başlıq = {{PAGENAME}} | müəllif = Əhməd Cavad | keçidsiz müəllif = | tərcüməçi = | keçidsiz tərcüməçi =...' ilə yarat
 
Redaktənin izahı yoxdur
Teqlər: Geri qaytarıldı Mobil redaktə Mobil veb redaktə
Sətir 31: Sətir 31:
Qoy onlar söyləsin, onların bu haqq!
Qoy onlar söyləsin, onların bu haqq!
Sözləri səmimi, fikirləri saf,
Sözləri səmimi, fikirləri saf,
Hanı bəs, ay bacı, dediyin çarşaf?!
Hanı bəs, ay bacı,31 dediyin çarşaf?!


</poem>
</poem>

13:42, 29 mart 2022 tarixinə olan versiya

Adsız şeir
Müəllif: Əhməd Cavad
Mənbə: Əhməd Cavad. "Seçilmiş əsərləri" (PDF) (az.). Şərq-Qərb. 2005. 2018-09-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-09-27.

Kolxozlu ellərin bərəkətindən,
Bərəkətli elin hərəkətindən,
Kim deyərdi bu gün donduran bir qış
Şərəflə bəhs edib, aldılar alqış!
Zəfərlər bayramı, bir qurultayı,
Dondura bilməz ki, bu yanvar ayı!
Ölkənin bir başqa hərarəti var,
Ona neyləyəcək göydən yağan qar?
Qorxunc əjdahalar boğan bir ölkə,
Qızğın günəş kimi doğan bir ölkə;
Borandanmı qorxar, qardanmı qorxar?
Bu tərlan yığnağı sardanmı qorxar?
Bu cuna yaşmaqlı qadınlara bax,
Qoy onlar söyləsin, onların bu haqq!
Sözləri səmimi, fikirləri saf,
Hanı bəs, ay bacı,31 dediyin çarşaf?!