Xoyratlar (Aşıq Abbas Dəhri)
Görünüş
(Xoryadlar (Aşıq Abbas Dəhri) səhifəsindən istiqamətləndirilmişdir)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Xoryadlar Müəllif: Aşıq Abbas Dəhri |
Mənbə: Yusif Səfərov. Naxçıvan aşıqları və el şairləri (PDF) (az.). Naxçıvan: "Əcəmi" NPB. 2011. 2017-10-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-10-05. |
Baha sat,
Tək matahın baha sat,
Qədri bilinən yerdə
Ayaq dirə baha sat.
Qoy qalsın,
Doldur qəlyan, qoy qalsın,
Sözün keçməyən yerdə
Ürəyində qoy qalsın.
Min qandır,
Əlli qandır, min qandır,
Anlayana işarət
Anlamaza min qandır.
Gülənlərə,
Xub deyib gülənlərə,
Çox da bavar eyləmə,
Üzünə gülənlərə.