Məzmuna keç

Ay üzlü, nur gözlü, mən sənə heyran ZöhRəm

Vikimənbə saytından
(Zöhrəm səhifəsindən istiqamətləndirilmişdir)
Ay üzlü, nur gözlü, mən sənə heyran ZöhRəm (1996)
Müəllif: RAUF CAVAD

Ay üzlü, qaranlığa işıq saçan ZöhRəm,
Duy eşqimi, ay baxışlı nur yayan ZöhRəm.

Nazlı baxışların nəfsi yoldan çıxarar,
Gözlərin sevgi dolu, qaşı kaman ZöhRəm.

İşıqlı gözlərin həyatımı oxşayar,
Nur gözlərlə, dərin mənalı baxan ZöhRəm.

Hər baxışın, məni məndən bir can, söz alar,
Gül üzlü, al yanaqlı canan, ver can ZöhRəm.

Gözəlliyin gözlərimi, nur qamaşdırar,
Günəş tək yaraşıqlı, nurun əyan ZöhRəm.

Qara zülfün yar, ürəyimi qan ağladar,
Saçı-telləri uzun, eşqin bəyan ZöhRəm.

Gözlərində baxış olub canlanar sözlər,
Ay üzlü, nur gözlü, mən sənə heyran ZöhRəm!

Ləblərində şəkər olub ölər kəlmələr,
Dilə gələr eşq, can verər həyacan ZöhRəm.

Bir can sevgi yolunda sözə fəda olar,
Gəl etmə eşqimə naz sənə qurban ZöhRəm.

Güllər, eşq çiçəklənər Rauf Heyran olar,
Bir gün gələr o mütləq Sahib Zaman ZöhRəm!