Zəmanənin ələyindən ələndim

Vikimənbə saytından
(Zamanənin ələyindən ələndim səhifəsindən istiqamətləndirilmişdir)
Zəmanənin ələyindən ələndim
Müəllif: Aşıq Heydər
Mənbə: "Aşıq Heydər" (Əsərləri, dastan-rəvayətlər, xatirələr), Bakı: ABX NPM, 2014. 472 səh. (tərtibçilər: Tacir Səmimi, Xurşud Məmmədli, Əbülfət Heydər)

Zəmanənin ələyinnən ələndim,
Can içində cana gəldim,doğuldum.
Bir pərinin xəlbirinnən keçmədim,
Bəli deyib bəlasına vuruldum.

Ağam gəlib sığal verdi telimə,
Nur dolu badəni verdi əlimə,
Qarəsindən nalə endi dilimə,
Bir kövsər gölündə batıb duruldum.

Aşıq Heydər düşüb yorğan - döşəyə,
Arvad qoymur çıxım evdən, eşiyə.
Qurban olum bunu yazan kişiyə,
Qara baxtım yatdı, özüm yoruldum.