İlham Əliyevin Myanma İttifaqı Respublikasının Prezidenti Zati-aliləri cənab Theyn Seynə məktubu (2012)

Vikimənbə saytından
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Myanma İttifaqı Respublikasının Prezidenti Zati-aliləri cənab Theyn Seynə" 13 yanvar 2012-ci il tarixli məktubu (13 yanvar 2012)
Müəllif: İlham Əliyev


Myanma İttifaqı Respublikasının Prezidenti Zati-aliləri cənab Theyn Seynə

Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və Sizin simanızda bütün Myanma xalqına təbriklərimizi yetirirəm.

Ümidvaram ki, Azərbaycan ilə Myanma arasında təşəkkül tapmış münasibətlər dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Myanma xalqına əmin-amanlıq və firavanlıq diləyirəm.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 13 yanvar 2012-ci il

Mənbə[redaktə]