"Şəlalə" ədəd 3

Vikimənbə saytından
Jump to navigation Jump to search
"Şəlalə" ədəd 3
Müəllif: Əliqulu Qəmküsar
Satirik şeir
Mənbə: Əliqulu Qəmküsar (2006). Seçilmiş əsərləri (az). "Şərq-Qərb". ISBN 978-9952-34-046-4. 2017-06-19 tarixində arxivləşdirilib. 2017-06-19 tarixində istifadə olunub.

Səbribəyzadə, bizi atma, amandır, getmə!..
Millətin halı bu gün xeyli yamandır, getmə!

Yaxşı təfsir eyle oz rəyin ile Quranı,
Çadraya, çarşafa bük, dustaq e ls nisvanı,
Qoyma getsin qabağa milləti, qaytar ani,
İndi Qafqazda böyük bir həyəcandır, getmə!

Gedəsen, kim yazacaqdır bizə “Əşqü həvəsi”,
Milləti-qemzədənin kim olacaq dadi-rəsi?
Sən ki getdin, dəxi şır-şır kəsilir, mən biləsİ,
Bir qədər səbr elə, bir ləhzə dayan, dur, getme!

Getmə, etsən də irade, səni qoymaz tsa bək,
Serf edİbdir sənə, həm jumalma çoxlu emək,
Sən ki getdin, ədəbiyyat bütün öldu demək,
Bu günahi eləmə, vaxtı yubandır, getmə!

Başma cəm elə “Həqqi” kimi lıer naxəlefı,
Ağzına hər nə gəlir, yazsm, itirsİn kələfi,
Çap ele birbəbir eşari-qüruni-sələfi,
Sənə dikmiş hamı gözler, nigarandır, getmə!

Günde yaz, həftədə neşr et, ədəbiyyati-etiq,
Fikri-mövhum ile qıl kəndini heyrətde qəriq,
Sənə, Həqqile Müzeffər olacaq yari-rəfiq,
Tök ətəkdən bu daşı, gör nə zamandır, getmə!

Kaş ola beş dənə Qafqazda sənin tək şair,
Elmdə, fəzlü kəmalatü hünərdə mahİr,
Heyf, boşdur əlimiz, sən ki gəlibsən hazır,
Qoyma cahil qala bu milləti, qandır, gctmə!

Sən ki getdin, deməli, vay bizim halimizə,
Kimdi yazsın o gözəl şeİrləri bir də bizə?
Heyf, sed heyf, o gözəl müntəxabata, o sözə,
Qal bize sade ibretləri andır, getmə

Bu sözü məndən eşit, sanma zərafet edirəm,
Sone məftunəm, o məcmueni sənsiz nedİrəm?
Yazığm bizləre gəlsin, demə, hokmən gedirəm,
Getmə, Xürrəm, mən ölüm, az məni yandır, getmə!

  • "Molla Nəsrəddin”, 5 fevral 1914. N 4