Məzmuna keç

"Əkinçi", 13 may 1876, №9/Elm xəbərləri

Vikimənbə saytından
Məktubat "Əkinçi", 13 may 1876, №9

Təzə xəbər


Dərya suyunu içmək olmadığına səbəb oldur ki, onun duzu çoxdur və əgər onu qaynadıb buğa döndərib, sonra soyudub, su edəsən, ol vaxtda onun duzları o qaynadığı qazanda qaldığına özü şirin və içməli olur. Çünki suyu qaynatmağın zəhməti çoxdur, ona binaən bir ingilis maşın ixtira edib ki, onun içində su günün istisində buğa dönüb, soyuyub şirin olur. Zikr olan maşın bir ağac qutudur, uzunu altı və eni bir arşın, hündürlüyü bir çərək, qutunun qıraqlarının qalınlığı bir barmaq, onun üstə şüşədən qapaq qayırıllar ki, bir başı o biri başından iki barmaq hündür olur. Qapının alçaq başının altında bir novça qayırıllar. Ol qutunun içinə bir barmaq dərinlikdə dərya suyu töküb onu günün altda qoyanda isti şüşədən keçib suyu mürur ilə buğa döndərib, ol buğ şüşə qapağın üstə yığılıb, soyuyub suya dönüb, sonra axıb onun alçaq başında olan novçaya tökülüb dışqarı çıxır. Zikr olan qutuda bir gündə 1500 stəkan şirin su əmələ gəlir.

Xörək insanın mədəsindən rədd olan suya qarışanda əriyir və sonra Qana qarışıb, bədəni saxlayır. Biz yediyimiz ət həmçinin əriyir və belə ərimiş ətə pepton deyirlər. İngilisin London şəhərində bir zavod bina olunub ki, ətə bəzi şeylər vurmaq ilə onu pepton edib, qutulara töküb, füruş edillər. Onun adına soyuq ət deyirlər ki, onu bir neçə il saxlamaqdan xarab olmur. Soyuq əti naxoşa vermək yaxşıdır, ələlxüsus ol naxoş ki, onun mə’dəsi gücdən düşmüş ola.