Məzmuna keç

"Əkinçi", 14 aprel 1876, №7/Təzə xəbərlər

Vikimənbə saytından
Elm xəbərləri "Əkinçi", 14 aprel 1876, №7


Qəzetlərdə yazırlar ki, Bağdad tərəfə taun naxoşluğu düşüb. Ona binaən Bakı quberniyasına kağız gəlib ki, sərhesab olsun. Bu xəbərin doğru olmağı yəqin deyil və əgər yəqin də olsa, ümidvarıq ki, Avropa əhli ol naxoşluğa əlac olmadığını bilir ikən onu əmələ gələn yerindən çıxmağa qoymaya.

  • * *

Osmanlı dövləti Andraşi yazan sülhnaməni qəbul edəndən sonra Bosni və Qerdseqovinə xaçpərəstləri ona razı olmadığına Avropa dövlətləri ol xaçpərəstlərə məsləhət edirdilər ki, razı olsunlar. İndiyəcən ol danışıq var idi. Lakin təzə gələn tellərdən belə bəyan olur ki, onlar zikr olan sülhə razı olmayıb istəyirlər ki, Osmanlıdan bilmərrə ayrılıb, əlahiddə hökumət bina etsinlər. Ona binaən təzədən 15 minəcən əsgər cəm edib Osmanlı ilə cəng başlayıblar.

  • * *

Fərqan xanlığına ki, Rus onu zəbt edəndən sonra adını Fərqan oblastı qoyub, poşt aparırlar.

  • * *

"Russki invalid" qəzeti yazır ki, Osmanlı dövləti Rus dövlətinin dost olmağını yəqin edib, sərhəddə olan əsgərini Bosniyə xaçpərəstlərilə cəng etməyə göndərib. İndi tamam sərhəddə 6 batalyon qalıb.

  • * *

3 il bundan əqdəm İngilisdə bir icma bina olub ki, hər bir şəhərdə qızlardan ötrü məktəbxana açsın. İndiyəcən 9 məktəbxana bina edib. Ol camaatın hər ildə öz calislərindən 90 min manat cəm olur.

  • * *

İngilis dövlətinin adamı ki, Misrin xəzanə işinə mülahizə etməyə getmiş idi, xədivin izni ilə bəyan edib ki, Misrin hər ildə xərci mədaxilindən 15 milyon manat ziyadədir. Ona səbəb oldur ki, təhmilat xalqın üstə qalır və əgər təhmilat tamam cəm ola, xərc və mədaxil bərabər olur.

  • * *

Moskva gimnaziyalarının birisindən 3 şagird ki, hər biri 15 yaşındadır, qaçıb Bosniyə gediblər ki, Osmanlı ilə cəng etsinlər.

  • * *

Rus dövləti Qafqazda və Türküstanda əla pambıq əkdirməkdən ötrü o pambığı becərməyi öyrənməyə Amerikaya bir neçə adam göndərmiş imiş ki, indi onlar qayıdıb Moskvaya gəliblər.

  • * *

Tehrandan “Peterburqski vedomosti” qəzetinə yazırlar ki, bu il "Lepatri" ismində bir qəzet firəng dilində 2 həftədə bir çap olunur idi, amma indi deyirlər ki, onu çap etmək qadağan olub.

  • * *

İrkutski gimnaziyasının şagirdləri 2 gün çay içməyiblər ki, onun pulunu Bosni və Qerdseqovinə əhlinə göndərsinlər.

  • * *

Avropada bir dövlətli yəhudi var imiş, adı Rodşild. İndi onun övladı hər bir məmləkətdə sakindir. Keçən ay Parij Rodşildinin qızı Vyana Rodşildinin oğluna gedib. Qızın atası qızına 4 milyon manat verib.

  • * *

İstanbuldan yazırlar ki, həzrət soltanın hərəmində bir xacə vəfat edib, 102 sinndə. 88 il sabiq ol xacə soltan Süleymanın hərəmində olub.

  • * *

Keçən il Rusiyanın tamojnalarından 64 milyon manat yığılıb.

  • * *

İngilisin xəzanə vəzirinin danışığından mə’lumdur ki, bu il dövlətin 450 milyon manat mədaxili, 455 milyon manat xərci olacaq. Kəsri doldurmaqdan ötrü gərək təhmilat artsın.

  • * *

Peterburqda vaqe olan “Slavyan milləti” adlı icma indiyəcən Qerdseqovinə və Bosni əhli üçün 243 min manat xalqdan cəm edib onlara göndərib.

  • * *

Türküstan qəzetində rusların Kokan şəhərinə daxil olmağın belə bəyan edirlər: cəng bilmərrə olmayıb. İəhərin əhli küçələrə çıxıb rus əsgərinə tamaşa edib "Allahdan bu imiş" deyibən, ə’lahəzrət padşahi-imperaturi-Rusun ömrünə dua ediblər.

  • * *

Osmanlı sərəsgəri Muxtar paşa bu aprelin 10-da İstanbula tel vurub ki, Qaradağ knyazı Qerdseqovinə əhlinə aşkar kömək edir. Bu halda 7000-cən Qaradağ əhli onlar ilə belə Osmanlı ilə cəng edir.

  • * *

Hindistan qəzetləri yazır ki, Əfğanıstanın hakimi iirəli xan ilə İngilisin arası dəyməyə səbəb oldur ki, cənab iirəli öz ixtiyarında olan vilayətlərin hakimləri ilə dava elədiyinə onların tabeləri İngilis sərhəddini keçib, çapğınçılıq edirlər. Ona binaən İngilis əsgər cəm edib ki, sərhəddi saxlasın. İngilisin Kelat şəhərinə getməyə qəsdi yoxdur.