"Əkinçi", 21 avqust 1875, №3/Mal südündən yağ qayırmaqdan danışacaq

Vikimənbə saytından
Daxiliyyə "Əkinçi", 21 avqust 1875, №3

Meşə salmaqdan danışır

(ibtidası keçən nömrələrdə basılıb)
Məşhur Qolştinya qaydası ilə süd sərmək üçün təmir olunan imarətin xərci
çox olduğuna Qossandr adlı kəs südü bir otaqda sərir ki, çox quru və təmizdir, içi
taxta ilə döşənibdir və akoşkaları şimal tərəfədir. Bu otaqda qışda buxan qalır və
yayda onun akoşkaların açıb sərin edir.
Əgər ki, belə akoşkaları açmaq ilə otağı soyutmaq olmaz, amma otaq təmiz
saxlandığına süd qabları dayaz və enni olduğuna və südü az vaxt sərili saxlamağa
binaən orada süd turşumur. Oranın havasını təmiz saxlamaqdan ötrü sərilmiş
süddən savayı orada bir şey, məsələn, şor və pənir saxlamır. Hətta bir damcı süd
yerə düşəndə o yeri isti su ilə təmiz edib. Xülasə, otağın havasının təmiz saxlayır
ki, bu təmiz hava sərilmiş südə dəyəndə onu turşutmasın. Süd sərilən qablar ağ
dəmirdən qayrılıb. Onların içinə südü bir barmaq dərinlikdə töküb iyirmi ya iyirmi
iki saat sərili saxlayandan sonra qablarıpn altından puçlarını açıb südü süzüb
qaymağı yığıb yetişdirib ondan zikr olan Qolştinya qaydası ilə yağ çalxayır.
Məzkur qaydalardan savayı soyuq tərəflərdə ġvars qaydası işlənir. Böyük çəlləkləri
soyuq su ilə doldurub onların içinə arşın yarım dərinlikdə süd qabını süd ilə
doldurub salırlar ki, onun ağzı sudan çölə olsun. Çəlləyin suyuna peydərpey buz
salmaqla soyuq saxlayıb, on iki ya otuz altı saatdan sonra qaymağı yığıb, yetişdirib
ondan zikr olan qayda ilə yağ çalxayırlar. Çünki məzkur qaydalar ilə südü sərib
ondan qaymaq yığıb yağ çalxamağın xərci və zəhməti çoxdur və ondan masəva
ildırım şaxıyanda ya qablar təmiz yuyulmayanda süd turşuyub bilmərrə xarab olur,
ona binaən Avropa əhli bu halda qaymaq yığmaqdan ötrü maşın işlədir. Ol maşının
qiyməti altmış manatdır. Bu maşın araba çarxı kimi girdədir və şol çarx kimi öz
oxunun çevrəsinə fırranır. Onun içinə südü töküb çarxı bərk fırrandırırlar ki, bir
dəqiqədə dörd yüz dəfə fırransın. Bu zaman yarım saat müddətində südün qaymağı
tamam yığılır. Gələn səfər çiy süddən və qatıqdan yağ çalxamaqdan danışacaq.