Məzmuna keç

"Əkinçi", 22 iyul 1875, №1/İkinci daxiliyyə

Vikimənbə saytından
Daxiliyyə "Əkinçi", 22 iyul 1875, №1

Mal südündən yağ qayırmaqdan danışacaq

Gələn təzə ildən alış-veriş və qeyri dadistədlər xərcinin qərardadı bizim
Qafqaz vilayətində qoyulacaqdır. Bu hökmü polisə xalqa məlum edibdi. Bu barədə
bizim xalqın arasında hər bir qism xəbərlər vardır. Kimi deyir ki, bu xərci
qoymaqdan murad budur ki, bizlər öz vilayətimizi qoyub baş götürüb başqa
vilayətlərə gedək. Kimi deyir ki, Badkubəyə gələn dəmiryolu təmir etməyə on
minə qədər fəhlə lazımdır. Çünki o qədər fəhlə tapmaq çətindir, ona görə bu
qərardadı qoyurlar ki, xalq öz dadüstədini qoyub o yolda fəhləlik eləsin. Xülasə,
xəbər çoxdur, onun bəzini heç qələmə salmaq məqdur deyil. Əlbəttə, bu xəbərlərə
səbəb oldur ki, bizim adamın bu qərardaddan xəbəri yoxdur. Hər kəs öz
təsəvvürünü əqəliyyən danışır və bu danışıq ağızdan-ağıza düşüb Koroğlu nağılı
kimi nağıl olubdur ki, bu nağılı öz əslinə heç şəbahəti yoxdur. Bu səbəblərə görə
bizim borcumuzdur ki, bu barədə xalq ilə danışıq edək. Əvvəla, bunu oxuyan,
sizdən bir sual edim: əgər bir kəsin bir külfəti ola və bu külfət də bir atadan
doğulmuş iki oğul ola, o vaxtda heç insafdırmı ki, oğlun birisi zəhmət çəkib pul
qazanıb öz ata və anasını, öz qardaşını saxlasın. Əlbəttə, bu qardaş tifl olsa, ya
naxoş olsa, onu saxlamaq bizim borcumuzdur. Amma o cavan olub əlini işə
vurmayan zaman hər kəs belə qardaşı ya gərək başdan eləsin, ya onu işlətsin. Bir
neçə ildir ki, Rusiya dövlətinə tabe olmuşuq və buçağadək bizim ticarətimiz qədim
sayaq olan kimi olubdur, amma Rusiya dövlətinin öz əhli zikr olan xərci çox
zamandır ki, verir. Məzkur qərardad qoyulan on ildir və bu on ildə biz o xərci
verməmişik. Əgər biz özümüzü Rusiya dövlətinə tabe hesab edirik belə olan
surətdə Rusiya dövləti öz əhli ilə elədiyi rəftan bizim ilə də eləsə o vaxtda bizim
üçün məqami-şikvaya narazılıq yoxdur. Sani, heç bir qərardadda məqdur deyil ki,
hər bir şeyi ismən adlıyasan. Məsələn, zikr olan qərardadda məqdur deyil ki, adı ilə
deyilsin ki, filan işi görən adam ya filan maya ilə ticarət edən adam bu qədər xərc
versin. Bu səbəbə zikr olan qərardadı qoyan kəs hər bir dadistədləri bir neçə qism
edib hər bir qismə bir xərc qoyub. Məsələn, hər bir malı arşın ilə ya çəki ilə
satmağa bir xərc qoyulub. Əgər bir kəs əlli ya altmış min manat ilə və bir qeyri kəs
min manat ilə arşın malı satır isə qərardadı qoyan kəsdə təqsir yoxdur ki, bu min
manat mayası olan kəs də altmış manat xərc verəcəkdir. Doğrudur bezi arşın ilə satıb altmış manat xərc verməyin nəfi azdır, amma əlli min manat mayası olan kəsə
bu tövr ticarət artıq nəf edir, onun üçün altmış manat artıq xərc deyil. Pəs, min
manat mayası olan kəs, sənin dad etməyin nə lazım. Bezi arşın ilə satmağının xərci
çoxdur, bez satma, min manat ilə elə alış-veriş et ki, onun xərci az olsun və ya heç
olmasın.
Bu məsəli fikirlə oxuyan kəs görər ki, hər bir tərəfdən gələn xərc artıb, cəbr
artıb sədası doğru deyil. Əlbəttə, xərc var. Onun varlığına söz yoxdur. Amma elə
artıq deyildir ki, xalqa çox cəbr olsun. Məgər insafdan deyildir ki, bizim
Badkubənin on ildə yüz min manat qazanan kəsləri ildə altmış manat xərc
versinlər. Bu xərc ki, genə bizim özümüzə məsrəf olacaqdır, o xərclərlə
məktəbxanalar açılır və qeyri xalqa lazım olan işlər görünür, pəs bu səbəbə bu xərc
qoyulmaqdan fəqir-füqəraya nə ki cəbr yoxdur, bəlkə artıcaq mənfəət var.
ġimdi qərardadın özündən danışaq. Bu qərardadda yüz otuz doqquz fəsil
var. Əlbəttə, onu tamam qəzetdə çap etmək məqdur deyil. Məzkur qərardadı biz öz
türk dilimizə tərcümə etmişik və əgər məqdur olsa, bu yavıq zamanda onu əlahiddə
çap edəcəyik. Ona görə burada onun məzmunundan müfəssəl güftügu edək.
Məzkur qərardada görə dadistəd edən kəslər üç yerə təqsim olunur: əvvəlinci qism
dadistədləri edənlərdə, yəni pervoy gildilərdə ixtiyar var, əvvəla, Rusiya və qeyri
dövlətlərin mallarını Rusiyanın hər bir yerində yük ilə, tay ya top ilə satsın və bu
malları satmaqdan ötrü lazım olduq qədər də kontorlar və anbarlar bina etsin. Sani
o şəhadətnamə verilən uyezdin şəhərində və kəndlərində istədiyin dükanlar və
mağazinlər açıb Rusiya və qeyri dövlətlərin tamojnıdan keçmiş malını arşını ilə və
çəki ilə satsın. Həmçinin onun ixtiyarı var zikr olan uyezdə hər bir qisim dadüstəd
üçün lazım olan yer saxlasın və karxanalar və zavodlar açsın. Amma lazımdır ki,
hər dadistəd olan yerə bir əlahiddə bilet alsın. Salis hər podrata girə bilir və nə
qədər mal istəsə özü üçün ya özgə üçün ala bilir və hər icarəyə girə bilir. Ġkinci
qism dadistədləri edən kəs şəhadətnamə aldığı uyezdin şəhərində ya kəndlərində
istədikcə dükan və mağazin saxlayıb Rusiya və qeyri dövlətin gömrüklənmiş
mallarının arşın ilə ya çəki ilə sata bilər, həmçinin o uyezdə lazım olduqca karxana
və zavod və qeyri dadistəd olan yer aça bilər. Mal alıb aparıb gətirə bilir və hər
icarəyə girə bilər. Amma bu şərt ilə ki, hər podratı ya icarənin qiyməti on beş min
manatdan artıq olmasın. Hər karxana ya zavod saxlayan kəs əgər bu karxanada ya
zavodda maşın ya qeyri əsbablar par ilə, yəni su buğu ilə ya su ilə işləyir isə, ya o
karxanada və zavodda on altı fəhlədən artıq fəhlə işləyir isə lazımdır ikinci qisim
ticarət, yəni vtoroy gildi şəhadətnaməsi alsın və belə karxanalar və zavodlar
saxlayan kəslər öz karxanalarından və zavodlarından əmələ gələn şeyləri yük ilə ya
boçka ilə öz karxanası və zavodundan ya birjada sata bilirlər. Amma o şeyləri yük
ilə satmaq üçün karxanadan ya zavoddan kənarda kantor ya ambar açsa, o vaxtda
əvvəlinci qism ticarət şəhadətnaməsi alsın. Əgər əvvəlinci və ikinci qism ticarət
şəhadətnaməsi ya xırda ticarət şəhadətnaməsi alan kəs xahiş edə ki, o şəhadətnamə
verilən uyezddən qeyri uyezddə də dükan açsın ya karxana, ya zavod bina eləsin, o vaxtda lazımdır bu qeyri uyezd üçün müəyyən olan qiyməti verib əlahiddə
şəhadətnamə alsın. Üçüncü qism ticarət, yəni treti gildi bir neçə yerə təqsim
olunur: onların əvvəlincisi xırda ticarətdir ki, bu xırda ticarət şəhadətnaməsini alan
kəsdə ixtiyar var, əvvəla, o şəhadətnamə verilən uyezddə dörd dükan açsın və bu
dükanlarda əlahiddə siyahıda adlanan şeyləri satsın. Bu siyahıları müəyyən etmək
vagüzar olunub cənab veliki knyaz sərdari-Qafqaziyaya ya bu dörd dükanın
əvəzində dörd karxana ya dörd zavod saxlasın ki, bu karxanalarda ya zavodlarda
olan əsbablar par ilə ya su ilə işləməsin və onlarda on altıdan artıq fəhlə olmasın.
Hər dadistəd olan yerə bir əlahiddə bilet almaq gərək. Saniyən, podrata və icarəyə
girə bilər, amma bu şərt ilə ki, podratın ya icarənin qiyməti min iki yüz manatdan
artıq olmasın. Ġkincisi yük ilə arşın malın və ya qeyri malları şəhərdən kənarda
gəzdirib satmaqdır. Üçüncüsü, o malları oralarda əli ilə gəzdirib satmaqdır.
Dördüncüsü, meşşanlıq, yəni sınıqkarlıqdır. Beşincisi, amillikdir. Hər kəs öz
yerindən əmələ gələn şeyləri qeyri dövlətlərə satmağa apara bilər, amma özgələrin
yerlərindən əmələ gələn şeyləri alıb ambara yığıb sonra qeyri dövlətlərin yerinə
satmağa göndərmək üçün gərək əvvəlinci qism ticarət şəhadətnaməsi olsun.
Hər kəs qeyri dövlətlərin yerində mal ala bilər, amma o malı Rusiyada yük
ilə, tay ilə ya top ilə ancaq əvvəlinci qism ticarət edən sata bilər. Belə malı ikinci
qism tüccar özü arşm ilə ya çəki ilə satmaq üçün ala bilər. Gələn səfər xərclərdən
və xərcsiz olunan dadistədlərdən danışacağıq.