Məzmuna keç

"Əkinçi", 27 may 1876, №10/Təzə xəbərlər

Vikimənbə saytından
Məktubat "Əkinçi", 27 may 1876, №10


Rus, Prus, Avstriya vəzirləri may ayının 11-də Berlin şəhərində Osmanlı işindən ötrü məşvərət edib, kağız bağlayıb, onun üzünü Firəng, Ġngilis, Ġtaliya vəzirlərinə göndəriblər. Firəng və Ġtaliya dövləti ol kağızı qəbul edib qol çəkiblər, amma Ġngilis ona razı olmayıb.

Doğrudur, ol kağızın məzmunu hələ mə’lum deyil, amma qəzetlərdə yazırlar ki, ol kağızı təsdiq edən dövlətlər Osmanlı dövlətindən təvəqqə edəcəklər ki, öz tabeləri xaçpərəstlər ilə bu ay cəng eləməsin, keçmişdə yazıları Andraşinin sülhnaməsinə əməl eləsin. Qeyri dövlətlərin xaçpərəstlərindən və müsəlmanlardan bir qism təyin eləsin ki, zikr olan sülhnaməni dürüstlük ilə əmələ gətirsin. Ondan masəva, zikr olan dostlar danışıq edib ki, Osmanlı dövlətini və onlar ilə cəng edən xaçpərəstləri qorxudub ol sülhnaməni qəbul elətməkdən ötrü sərhəddə əsgər saxlasınlar və cəng gəmilərini Ağ dənizə göndərsinlər. Bu halda o gəmilər Mərmər dəryasının boğazına yığılıblar.

  • * *

Osmanlı dövlətinin bu qədər əsgəri və əsgəriyyə tədarükü olmaqlıq ilə dövlət işlərini dolandıran kəslər bir az xaçpərəst tayfasını zəbt eləyə bilməkliyi istanbul şəhərinin müsəlmanların qeyrətə gətirib. Bu may ayının 11-də 25 mindən ziyadə məscidlərdə tə’lim tapan tələbələr Soltan Əhməd məscidinə cəm olub, birləşib gedib həzrət Soltan Əbdüləzizin sarayını əhatə edib, soltana rubəru ərz ediblər ki, şeyxül-islam Həsən əfəndini və sədri-ə'zəm Mahmud Nədim paşanı əzl eləsin. Millət məclisi, yəni bir divanxana ki, onun calislərin camaat zübdə edə və o divanxana dövlət işlərini dolandıra bilsin, zikr olan millət məclisi həzrət soltana məvacib təyin eləsin ki, ondan ziyadə xərc olunmasın. Camaatın belə dövlət üzünə ağ olmağını görüb qeyri dövlətlərin konsulları və Ġstanbulda sakin olan tabeləri özlərini mühafizət etməkdən ötrü cəng gəmiləri gətirdib, orada məskən ediblər. Ġndi may ayının 18-dən tel gəlib ki, camaat Soltan Əbdüləzizi xaric edib, onun yerinə mərhum Soltan Məcidin oğlu Murad əfəndini soltan edib.

  • * *

istanbul şəhərindən may ayının 8-dən yazırlar ki, həzrət soltan mərhum Soltan Məcidin uşaqlarını dustaq edib.

  • * *

Osmanlı dövlətinin Salonik şəhərində bir xaçpərəst qızı istəyib ki, islam olsun, amma xaçpərəstlər və qeyri dövlətlərin konsulları razı olmurlar imiş. Ona binaən camaat konsulların üstə tökülüb Firəng və Prus dövlətlərinin konsullarını öldürüb. Osmanlı dövləti onları öldürənlərdən 6-sını boğazından asdırıb, qeyrilərini həm tənbeh elədəcək.

  • * *

Badkubədə ermənilərin oxuyan uşaqlara kömək etməkdən ötrü bina olan icmaı ki, hər ildə 4 min manatacan məktəbxanalar xərc edir, bu may ayının 23-də ol icma bina olmağını yada salıb, öz calisləri üçün qonaqlıq eləmişdi.

  • * *

"Türküstan" qəzeti yazır ki, martın 3-də Daşkənd şəhərində Əbdülmö’mün və Mirğalan şəhərində Molla Ġshaq ki, adını Poladxan qoyub, ruslar ilə cəng edərmiş, boğazından asdırıblar. Ondan savayı zikr olan qəzet yazır ki, dövlət tərəfindən komissiya təyin olunub ki, Kokan xanlığının, yəni Fərğan oblastının yerlərini, xalqını və onlar keçmişdə xana verdiyi təhmilatın qədərini məlum etsin.

  • * *

4 il bundan sabiq pruslar ilə firənglərin cəngi olan zaman Parij şəhərini əhatə etmişdilər. Ol vaxt aclıq olduğuna hər bir şeyi, o cümlədən siçan əti də yeyirlərmiş. Çünki siçan insana çox zərər edən heyvandır, ona binaən indi istəyirlər ki, həmişə siçan yeyilsin. Bu səbəbə indi Belği vilayətində bir icma bina olub, adı siçanyeyən. Onun calisləri həftədə bir dəfə cəm olub siçan əti yeyirlər.

  • * *

Rusların baharda da bir bayramları olur ki, evlərini söyüd və qeyri ağacların budaqları ilə bəzəyirlər. Çünki ağacların ab-havaya çox xeyri var, ona binaən indi qadağan olub ki, ol bayramda ağac budaqlarını qırıb evlərini bəzəsinlər.