Məzmuna keç

"Əkinçi", 28 mart 1877, №9

Vikimənbə saytından
"Əkinçi", 14 aprel 1877, №8 "Əkinçi", 28 mart 1877, №9

"Əkinçi", 12 may 1877, №10
Mənbə: Transliterasiya və tərtib edəni: Turan Həsənzadə. "Əkinçi. 1875-1877. (Tam mətni)" (PDF). kitabxana.net (az.). "Avrasiya Press". 2005. 2016-08-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-09-05.


Elamnamə və məktub göndərən qəzeti çap elədənin adına göndərsin. Bu qəzet çap elədir Badkubə gimnaziyasının müəllimi Həsən Məklikzadə Zərdabi.


Keçən nömrədə yazmışdıq ki, Badkubədə müsəlman məktəbxanası açmaq
xüsusunda danışıq var. İndi belə eşidirik ki, bizim əyan-əşxasların bəzi mən
təşəbbəhə biqövmin fəhüvə minhüm[1] cəhətindən bu xeyir işə mane olurlar.

Vaxtında ol cənablara ərzimiz olacaq.


Cənab Hadiyül-Müzillin Qarabaği yazır:
Biya ki növbəti-sülhəst və atəşü inayet,
Bəştəri-onki nəguyəm əz ançe rəft hekayət.[2]

Ol cənab bu beyt ilə kağızını başlayıb, sonra deyir: filani, sizdə taxsır yox
imiş (çox əziz olasınız ki, bizi bağışlayırsınız), taxsır Əhsənül-Qəvaiddə imiş. Ona
binaən Əhsənül-Qəvaidin üstə çox danışıb, təvəqqə eləyir ki, onu çap edək və əgər
qəzetdə çap etməyə izin olsa, ol cənaba məlum edək ki, Əhsənül-Qəvaidi həcv də
eləsin.

Əvvələn, bəndə siz cənabdan küsməyi özümə eyb bilirəm və ona binaən
bica yerə sülhə gəlmisiniz, mən sizdən küsməmişəm. Saniyən, hər kəs bizə ağıl və
elm yolu ilə kağız göndərsə, onu çap etməyə hazırıq.

İstinadlar

[redaktə]
  1. Hər kəs özünü baĢqa qövmə oxşatsa, o elə həmin qövmdəndir.
  2. Gəl ki, indi sülh, barışıq və qayğı göstərmək vaxtıdır, bu şərtlə ki, daha keçmişlərdən söz açmayaq.