"Əkinçi", 29 fevral 1876, №4/Məktubat
←Əkin və ziraət xəbərləri | "Əkinçi", 29 fevral 1876, №4 |
Təzə xəbərlər→ |
2-c i f ə s i l. Elmi-əbdan bəhsdə Badkubəli molla 2-ci mətləbi belə yazıb. Elmi-əbdan ibarətdir o mərifətdən ki, insan güzəranlıq babında lazım olan ümuru riayət və tədarük etsin müyəssər olduqcan.
Əvvələn, bəhsi ki, ortaya düşüb, həmin bu mərifətin şərhindədir ki, əhliislam içində onun məratibinin riayəti nə həddədir?
Saniyən, güzəranlıq babında lazım olan ümur müyəssər oluqca riayət etmək vazehdir, necə ki, qeyri tayfalar həm məişətlərin bu qərar ilə keçirirlər və ayeyileysə lilinsani illa masəa[1] məzmununa binaən görürük ki, müsəlman başmaqçısı əgər yaxşı olsa, gündə 1 manat qazanır, amma xarici başmaqçısı 10 manata razı olmur. Əgər müsəlman başmaqçısı həm səy edib öz əməlində mahir olsa, onun məzhəbi-islama nə zərəri?
Salisən, heç bir millətin kitabında yoxdur ki, şəxs öz qüvvəsindən ziyadə iş görə bilsin. Amma əfradi-bəşərə səy ilə məratibi-elmə tərəqqi eləmək müyəssər olur. Müsəlman losmanları ki, dəryada gəzirlər, elmləri olmadığına ildə iki ya üç (2-3) yüz manat məvacib alırlar, amma xarici losmanları ki, elmləri var, neçə bu qədər məvacib alırlar. Amma, zahirən payeyi-zəhmətləri birdir. Əgər belə mənfəətə müsəlman losmanı yetişsə və öz milləti qardaşlarına kömək edib ə’mali-xeyir əmələ gətirsə, onun eybi nədir və nə yol ilə onu məzəmmət eləmək olur?
Rabiən, tüccari-islam öz məmləkətlərinin ipək, pambıq və yunun aparıb Moskva və Firəng karxana sahiblərinə ucuz qiymətə satıb haman şeyləri ki, bir il ondan sabiq onlara vermişdilər və onlar bu il müxtəlifə surətlər ilə parça qayırıblar, artıq qiymətə alıb dala gətirirlər və əgər güzəranlıq babında riayəti-ümur etsələr, heç vaxt belə bihünərliyi qəbul etməyib onun çarəsinin xəyalına düşərlər ki, öz məmləkətlərində fabrika açıb öz məhsulatlarından müxtəlifə parça qayınb, qeyri-millətlərə satsmlar. Əgər biz müsəlmanlar bu qəbil zadları idrak və mülahizə eləsək, səy edərik ki, “Əkinçi” qəzeti gündə bir vərəq çıxıb bizləri öz bədbəxtliyimizdən müttəle etsin.
Xamisən, kitabi-islamda şiddəti-fəqri mövtün əkbərün 87 yazdıqlarına heç alimin və cahilin məhəlli-iradı deyil vücudi-insan dünyəvi və üxrəvi əmali-xeyri zühura gətirməyə qabil və müstəiddir. O zaman özün qabil və kamil hesab edə bilir ki, özündən ədna payədə olan mövcudatdan elm və əməl həsəbilə artıq ola. Mən la məaşə ləhu la məadə ləhu88 hədisi bu sözün qüvvətinə bir dəlil və izahdır. Ə’malidini əmələ gətirmək əğniya üçün hər halda əshəli-vəch ilə füqəradan ziyadə mümkündür. Füqəra rəddi-məzalim xümsü zəkat və ənva' həsənat və ə'mali xeyir89 feyzindən binəsibdir. Güzəranlıq babında lazım olan ümuru riəyət etsək, müayinə görmək olur ki, elm və sənət sahibi olan kəs nikbəti-fəqrdən məhfuz qalır.
Baqisi yazılacaq
2-c i f ə s i 1. Neçə qism qardaşlıq var. Onun iki qismindən danışaq. Əvvəl bəni-adəm və noi-bəşərlik qardaşlıqdır ki, hamı kəs bir-birilə qardaşdırlar. Amma ixtilafi-əqaidə binaən firqə-firqə olub hər biri bir millət adlanıb, onların böyük icmama dövlət deyilir və kiçik icmalar bir dövlətə tabe olmaq səbəbilə asudə olublar məgər Dəşti-Qıpcaq əhalisi və əgər onlar həm öz məsləhətlərinə binaən təfəkkür, təəqqül etsələr, onlara mə’lum olur ki, bir dövlətə tabe olalar, həm özləri asudə olurdular, həm başqa xalq onların azarından xilas olurdu və özləri özgəyə baxıb elmi-ədəb öyrənib tərəqqi tapardılar. Amma dövlətlər üçün iki məqam var: biri məqami-cəng ki, onun təklifi özgədir və biri məqami-sülh ki, ol vaxtda gərək hamı bir-birilə məhəbbət və doğruluq ilə rəftar etsinlər, ona binaən ki, insan məişət üçün bir-birinə möhtacdır, adamın işi adam ilə keçər və əgər doğruluq olmasa birbirindən nəf bərdar ola bilməz. Ġkinci, milləti qardaşlıqdır. Bunlar gərək ziyadə qardaşlıq mərasimin müraat edib məhəbbət, insaf və doğruluq ilə bir-birilə rəftar etsinlər, hansı ki, aciz və miskindir gərək əl-ələ vermək ilə dolandırmaq. Amma bizim camaatda pul qazanmaq elmləri az olduğuna varlımız az və bibəzaətimiz çoxdur və hamısının varlıdan bir növ çeşm-daşdı var. Lihaza az qardaşlar çox qardaşları dolandıra bilməz, ona binaən gərək varlılar insafı və varsızlar doğruluğu və insafı ortalığa qoyub, bir-birilə əl-ələ verib köməkləşib, dövlət qazanmaq təriqəsin tapmağa səy etsinlər, ta millət dövlətləri tərəqqi tapsın. Amma çifayda bizim varlı, varsız, hər kəs öz haqqına razı olmamağına binaən bir-birinə inanmır. Belədə işlər yerdə qalır.
Bunun illəti odur ki, bizim müəllimlər tüfuliyyətdə elmi-ədəb, elmi-süluk, elmi-xəvas, əşyayi-pəndiyyat və hikməti-qəvaid ilə tərbiyət etməyib, kitabi-Hafiz, Sə’di, Leyli-Məcnun, Yusif-Züleyxa və hətta Qaani oxudub elmi-əmal əvəzinə eşqbazlıq, cür'əkeşlik, həzliyyat elmləri örgədirlər. Ġnsafən bizim xalq ziyadə bahuşdur ki, elmi-tərbiyət görməmək ilə genə belə dolanır. Yaxşı olurdu ki, ol kitablar ki, həqiqətdə kütübi-zəlaldır, mövquf olub özgə qism kitab, elmi-ədəblər bina edib, ətfala tə’lim edə idilər. Bu məratibdə ziyadə danışıq var, bu məktubda küncayiş olmaz. Amma, milləti qardaşlar, bilin ki, körpü sudan uzaq qalıb. Necə ki, sabiq ərz oldu, əql itib hər kəs bir təriq ilə özünə çıxıb: həmçinin kəmal da itib hər kəs özünə çıxır. Filhəza gələn fəsil kəmal və əhli-kəmalm vəsfində ərz olacaq.
- * *
P e t r o v s k i d ə n . Petrovskidə və tamam Dağıstanda bu il qarın və soyuğun şiddəti bir qayətə yetişdi ki, çox yaşamış və müəmmər adamlar onun mislin görməkdən haşa elədilər. Petrovski şəhərinin kənarında 2 saat külək olduğu səbəbilə 12 adam tələf oldu. Neçə gün meşə yolu bağlandı. Bəzi əşxas ki, odun tədarük eləməmişdilər, evlərinin taxtaların pozub yandırdılar. Unun pudu bir həftə içində 75 qəpikdən 1 manat 20 qəpiyə tərəqqi elədi. Bu soyuqda bir gecə Petrovski bazarında yəhudilərin balaqanları və dükanları ki, taxtadan qayırmışdılar ki, od tutub bir neçə dükan yandı. Bəzi adamlar odun közü baqi olduğu qədər öz evlərinə qayıtmazdılar.
Qeydlər
[redaktə]- ↑ Ġnsan üçün öz əməyindən başqa heç nə yoxdur.