"Əkinçi", 2 dekabr 1875, №10/Elan

Vikimənbə saytından
"Əkinçi", 2 dekabr 1875, №10

Daxiliyyə

Gələn 1293-cü sənədə "Əkinçi" qəzeti genə hər iki həftədə bir dəfə, yəni hər ayın 1-də və 15-də çap olunacaqdır. Bir illik qiymət 3 manatdır. "Əkinçi"ni gələn il almaq istəyənlərdən iltimas edirik ki, bu 1292-ci sənə qurtarmamış qəzetin zikr olan qiymətini bizə göndərsinlər ki, pişəzvəqt onu gələn il basdırtmağın sərəncamına məşğul olaq.

Bizim qəzetdə çap olunmaq üçün hekayət göndərən kəslərə mə’lum edirik ki, qəzetdə yer olmadığına onları basdıra bilmirik.