Məzmuna keç

"Əkinçi", 30 yanvar 1876, №2/Daxiliyyə

Vikimənbə saytından
"Əkinçi", 30 yanvar 1876, №2

Əkin və ziraət xəbərləri

Su bir yerdə dayanıb qalanda, məsələn, yağışdan sonra əmələ gələn göllərdə onun rəngi san ya göy olur. Onun səbəbi ol suda kiçik heyvanat və ələfiyyat məskən edib zindəganlıq etməyidir. Onları kiçik olduğuna baxmaq ilə görmək olmaz, amma ol suyun bir damcısına altı yüz böyüdən ayna ilə baxanda o bir damcıda bir neçə min heyvanat və ələfiyyat görmək olur. Belə su quruyanda zikr olan heyvanatın və ələfiyyatın toxumları toz kimi havaya qalxıb gedirlər. Sonra iyimiş və natəmiz yerə düşəndə təzədən zindəganlıq edirlər. Bu toxumlar havada ol qədərdir ki, insan hər nəfəsin alanda onların bir neçəsi onun ağzına gedir. Çünki zikr olan heyvanatın bəzinin rəngi qırmızıdır, ona binaən bəzi yerlərdə yağış yağanda havada olan toxumlar ona qarışıb onu qan kimi qırmızı elədiyinə belə qırmızı yağışa avam adam qan deyib qəzəbi ilahi hesab edir. Zikr olan ələfiyyatın bəzinin toxumları insanın bədəninə daxil olanda onlardan titrədib-qızdırma, çiçək, vəba, yatalaq və bir neçə qeyri naxoşluqlar əmələ gəlirlər. Çünki bədən təmiz olanda ol toxumlar bədənə daxil də olsalar, orada pərvəriş tapıb zindəganlıq edə bilməzlər, ona binaən hər kəs zikr olan naxoşluqlardan özünü mühafizət etməkdən ötrü gərək bədənini və paltarını təmiz və qarnını iyimiş, çürümüş və artıq xörəkdən saxlasın.

Bu halda bizim Badkubə şəhərində çiçək naxoşluğu olduğuna indi ancaq çiçəkdən danışacağıq.

Çiçək iki qism naxoşluğa deyirlər ki, birisi əsl çiçəkdir və birisi səpgidir ki, çiçəyə oxşadığına ona da çiçək deyirlər. Amma onların təfavütü çoxdur. Məsələn, əsl çiçək yovuxmadır, yəni bir xəstənin yanına sağ adam gəlsə o da naxoşluyar. Amma səpgi yovuxma deyil. Əsl çiçəkdən çox adam tələf olur, amma səpgidən yüzdə biri vəfat edər. Ġndi Badkubədə hər iki naxoşluq var. Həkimbaşı məlum edib ki, əsl çiçəkdən 5 adam xəstə imiş. Onların birisi ki, südəmən uşaq imiş, vəfat edib və qeyriləri şəfa tapıllar. Amma səpgidən xəstə çoxdur.

Keçən zaman ki, çiçək döymək mə’lum deyilmiş, çiçək qara yara kimi hər bir vilayətə düşsə, onu tamam edir imiş. Amma indi onun səbəbi və əlacı mə’lum olduğuna ol qədər şiddət etmir.

Çiçəyi döyülən kəs çiçəkdən xəstə olmaz və əgər olsa da az olur. Bəzi vaxtda çiçəyi döyülən kəs genə sonra çiçəkdən naxoşlayır. Ona binaən təbiblər məsləhət edirlər ki, hər kəs on ildə bir dəfə çiçəyini döydürsün və belə deyirlər ki, ol vaxtda ona heç çiçək dəyməz.

Əgər çiçək düşən yerdə təbib olsa, onu xəstənin üstə gətirdib onun məsləhətinə görə əməl etmək gərək, amma təbib olmasa lazımdır xəstəni soyuqdan və istidən mühafizət edib ona isti və təmiz xörəyi az-az verib, paltrını və bədənini pak saxlamaq və əgər iştədmə lazım olsa, gərçək yağı vermək. Belə saxlanan xəstənin çoxu təbibsiz də şəfa tapır.

Çiçək azan bir yerə düşəndə səy etmək gərək ki, o naxoşluq sağ olan adamlara da dəyməsin. Ona binaən xəstəni elə saxlamaq gərək ki, onun yanına lazım olmayan sağ adam, ələlxüsus, çiçəyi döyülməmiş kəs gəlməsin və əgər məqdur olsa, xəstəyə bir əlahiddə otaq vermək ki, orada qeyri kəs sakin olmuya. Xəstəni elə saxlamaq gərək ki, onun yaralarının üstə milçək düşməsin, yoxsa onun ayaqlarına və qanadlarına ol yarada olan ələfiyyatın toxumları yapışar və sonra ol milçək sağ adamın üstünə oturanda ona da çiçək salar.