Məzmuna keç

"Əkinçi", 4 noyabr 1875, №8/Tabasaranül-cənubiyyədən Mirzə Həsən Əlqədari yazır ki:

Vikimənbə saytından
Peterburqdan Əsgər Adıgözəlzadə Gorani yazır ki: "Əkinçi", 4 noyabr 1875, №8
Müəllif: Mirzə Həsən Əlqədari


1) Bu məmləkətlərin əhalisi rus dilini bilmirlər. Ona binaən rus əhalisi ilə söhbət və ticarət eləmək kimi mühəssənatdan məhrum olmaqdan savayı öz şikayətlərini öz dilləri ilə naçalniklərinə ərz və ifadə eləmək fəvailindən bibəhrədirlər.

Bu səbəblərə bu il biz bir neçə kürəli və tabasaranlılar ittifaq olmuşuq ki, hər birimiz öz qüdrətinə görə pul qoyub Qasım kəndində bir mədrəsə bina edək ki, ondan uşaqlarımıza rus dili və xətti və həm özgə hürfət və sənaət təlim oluna və həm müsəlmanca da təlim oluna və bu xüsusda dövləti-Rusiyadan izn tələb etmişik. Ümidvarıq ki, tezliklə izn gəlsin.

Şer:

Təqlidi valideynə zəmanə izn verməsə
Etmək zəmanəyə təqlid fərzi-eyndir.

2) Aprel ayında bir Cuməli adlı məşhur oğru Qasımkənd dustaqxanasından qaçıb bir Zəhra adlı gəlini qaçırdıb. Onun başının saçlarını gödək etdirib mərdanə çərkəs libası geydirib özünə yoldaş edib hər ikisi tüfəng və yaraq ilə yolda rast gələnləri söyə gəzirdilər. Keçən ayın 22-ci gecəsi okrujnoy naçalnik knyaz Orbelyanov öz nökərləri ilə onları dəstgir edibdir. Şer:

3) Başlar qələm səhifeyi-əxbarı yazmağa
Əhli-sədaqətin bu da bir özgə dinidir.

1862-ci iləcən bizim məmləkətlər öz xanlarının və bəylərinin ixtiyarında olub, uzaq yerlərə kəsb və ticarətdən ötrü səfər eləməyib ata-baba qaydası üzərində güzəran ediblər. Ona binaən əlqənaətü kənzun layəfna vəlyösü ehdərrahəteyin53 dairəsindən çıxmayıb dünyadan bixəbər dolanıblar. Zikr olan tarixdən sonra bizim məmləkətlərə rus naçalnikləri təyin olunub, təzə imarətlər təmir olundu. Buralar əhalisi ruslar ilə ixtilati-təbii edib onların təmiz mənzillərini, təam və libaslarını görüb özləri başladılar yaxşı imarətlər təmir etməyə, təmiz libaslar geyib və təamlar yeyib zövqü səfaya məşğul olmağa, amma mədaxil cəhətindən tərəqqiyi-təhsilə artıq ehtimam etməyib və təlimi-hürfət və sənaət qeydinə düşməyib hamı o cəhətdən boyağa ümidvar olub borcla boyaq əkdilər və müntəzir oldular ki, boyağın nəf indən borclarının rədd edib mədaxillərinin açığını dolduralar və onlar ilə məsarifləri arasında müvazinə edələr. Heyf ki, bu tərəqqi tərəqqiyi-mə’kus qəbilindən olub cəmisi vadiyihirmanda sərgərdan qaldılar və bu illərdə ki, boyağ vəfat etdi, bular ərəsat iflasında fəhəl ləna min şüfəai fəyəşfəü ləna54 münacatı ilə nalan oldular.

Şe’r:

Tapdı runas inkisarından neçə dil inkisar
Qaldı onun əhli aləmdə səfilü qüssədar.
Ya ilahi, eylə sən onları zillətdən xilas
Ta tələbkaran əlində olmasınlar əhli-nar.

Pəs bu qədər vilayət əhli hamısı boyağa məşğul olmayıb bəzisi özgə hirfət və sənaət ilə məişət eləməyi öyrənmiş olsa idilər, əlbəttə, bu gün bunların bəzisi müflis olseydi, bəzisi dövlətmənd olur idi və bunlar bir-birinə kömək edərdilər. Pəs gərək bu macəradan ibrət alıb, qeyri cürə binagüzarlıq edək ki, bir də belə rüsvalıq bizim üçün və övladımız üçün olmuya.

Gələn il avqustun axırında Peterburq şəhərində müsəlmanların dillərin və elmlərin bilən elm sahibləri cəm olacaqdırlar. Ona binaən vəziri-üləma təvəqqə edir ki, hər kəsin köhnə sikkəsi və qeyri qədimi şeyləri varsa, ol vaxtacan Peterburq şəhərinə cənab general Vasili Vasilyeviç Qriqoryevin adına göndərsin. Sonra ol şeyləri qaytarıb öz sahiblərinə göndərəcəkdirlər və əgər onlardan bir şey tarix səbəbilə lazım ola, onun əvəzində bəlkə çox pul versinlər.

Qerdseqovinə əhlindən 100000 can övrət və uşaq sərhəddi keçib qeyri yerlərdə məskən ediblər. İndi aclıqdan və soyuqdan onlar tələf olduğuna Avropa əhli onlara pul, paltar və çörək göndərir. Rusiya əhli onlara artıq kömək edir. Məsələn, Moskva camaatı şəhər pulundan onlara 20000 manat verib. Ġndi Peterburqda olan "Russki bazar" adlı ticarət icmaı bəyan edir ki, oktyabrın 20-dən 27-cən onların maqazinlərində satılan şeylərdən cəm olan məbləğin nisfini onlara bağışlayır.

Tehrandan yazırlar ki, 2000 süvari əsgəri onlara 4 ay məvacib verilmədiyinə bunt ediblər.

Daşkənddən tel var ki, Kokan əhli təzədən bunt edib. Onların təzə xanı Nəsrəddin Rusiyaya qaçıb.

Türküstandan yazırlar ki, rusun kağız pulu çox rəvacdır. 100 manatlıq kağız 110 manata gedir.

Odesdə bir 13 sinnində yəhudi elə və’z edir ki, onun hər və’zindən ötrü xalq ona 60 manat verir.

Qerdseqovinədə 100000 Osmanlı əsgəri var. İndi sərəsgər Rza paşa hökm edib ki, artıq əsgər göndərməsinlər.