"Əkinçi", 5 avqust 1875, №2/Daxiliyyə

Vikimənbə saytından
Jump to navigation Jump to search
"Əkinçi", 5 avqust 1875, №2

Mal südündən yağ qayırmaqdan danışacaq

Əvvəlinci nömrədə dadistəd edən kəslərin ixtiyarlarından danışdıq. ġimdi
onların xərcindən danışaq. Əvvəlinci qism tacir Rusiyanın hər bir yerində bir qədər
şəhadətnamə xərci verir, amma ikinci və üçüncü qism tacir verdiyi xərcin qədəri
bir deyil. Rusiya beş yerə hissə olur və hər bir hissə öz təvanasına görə ikinci və
üçüncü qism tacirlik xərcin verir. Bizim Qafqaz vilayətin cənab sərdar xəzanə
vəziri ilə məşvərət edib belə hissə edib: Tiflis ikinci hissə, Badkubə və Poti
şəhərləri üçün üçüncü hissə, Aleksandropol, yəni Gömrü, Axalsix, Qori,
Yelezavetpol, yəni Gəncə, Kutais, Quba, Naxçıvan, Suxum və İrəvan şəhərləri
dördüncü hissə və məzkur olanlardan savayı yerlər beşinci hissə hesab olunsun.
Əvvəlinci qism ticarət şəhadətnaməsinin qiyməti 265 manatdır. Ġkinci qism ticarət
şəhadətnaməsinin qiymət Rusiyanın əvvəlinci hissəsində 65, ikincisində 55,
üçüncüsündə 45, dördüncüsündə 35, beşincisində 25 manatdır, yəni bizim
Qafqazın Tiflis şəhərində 55, Badkubə və Poti şəhərlərində 45, Gömrü, Axalsix,
Qori, Gəncə, Kutais, Quba, Naxçıvan, Suxum və İrəvan şəhərlərində 45. Məzkur
yerlərdən savay yerlərdə 25 manatdır. Xırda alış-veriş şəhadətnaməsinin qiyməti
əvvəlinci hissədə 20, ikinci hissədə, yəni bizim Tiflisdə 18, üçüncü hissədə, yəni
bizim Badkubədə və Potidə 15, dördüncü hissədə, yəni bizim Gömrüdə, Axalsixdə,
Qoridə, Gəncədə, Kutaisidə, Qubada, Naxçıvanda, Suxumda və Ġrəvanda 10 və
beşinci hissədə, yəni bizim yuxarıda zikr olmayan yerlərdə 8 manatdır. ġəhərdən
kənar malı yük ilə gəzdirib satmağın şəhadətnaməsinin qiyməti 15, o yerlərdə malı
çiyində gəzdirib satmağın şəhadətnaməsinin qiyməti 6 manatdır. Sənətkarlıq
şəhadətnaməsinin qiyməti 2 manat 50 qəpikdir. Amillik şəhadətnaməsinin qiyməti
əvvəlinci qism amil üçün 20, ikinci qism amil üçün 5 manatdır. Məzkur
şəhadətnamə xərcindən savayı dadistəd edən kəslər hər bir dasitəd olunan yer üçün
əlahiddə bilet xərci versinlər. Bilet xərci həmçinin Rusiyanın hər bir hissəsində
başqa olur.

Biletlərin qiyməti


Əvvəlinci qism tacirlik üçün İkinci qism tacirlik üçün Xırda alış-veriş üçün
Rusiyanın əvvəlinci hissəsində............30

İkinci hissəsində ..................................25
Üçüncü hissəsində ...............................20
Dördüncü hissəsində ............................15
Beşinci hissəsində ................................10

20

17
15
10
5

10

8
6
4
2


 
Yəni bizim Tiflisdə əvvəlinci qism tacir üçün 25, ikinci qism üçün 17,
üçüncü qism üçün 8 manatdır. Badkubə və Poti şəhərində əvvəlinci qism tacir üçün
20, ikinci qism üçün 15, üçüncü qism üçün 6 manatdır. Gəncə, Quba və sair
məzkur olan şəhərlərdə əvvəlinci qism tacir üçün 15, ikinci qism üçün 10, üçüncü
qism üçün 4 manatdır və Qafqazın savayı yerlərində əvvəlinci qism üçün 10, ikinci
qism üçün 5, üçüncü qism üçün 2 manatdır. Xərcsiz olunan dadistədlərdən gələn
səfər danıĢıq olacaq.