Məzmuna keç

"Əkinçi", 5 oktyabr 1875, №6/Daxiliyyə

Vikimənbə saytından
"Əkinçi", 5 oktyabr 1875, №6

Əkin və ziraət xəbərləri

İnsanın hər bir hərəkatı və fikir dərəcatı beyin ilədir və beyin başda və beldə olur və oradan bədənin hər tərəfinə damarları gedir. Necə ki bir maşının hər bir puçi və digircəyi ol maşın üçün lazımdır və onsuz maşın işləməz, habelə bədənin hər bir əczası ona lazımdır, onsuz bədən iş görməz, yəni tələf olur. Bu səbəblərə beynin tələf olmağından bədən vəfat edir.

Dünyada olan zəhərlərin hər birisi bədənə bir qeyri cürə kar edir. Məsələn, ilan zəhəri qana qarışmaqlığı ilə və tüstü ağza dolmaqlığı ilə insanı fövt edirlər. Amma tiryak, şərab, bir neçə qeyri şeylər beyinə dəyməkliyilə onu tələf edib insanı fövt edirlər.

Belə beyinə kar edən şeyləri az yeyən vaxtda onlardan bir nəşə, yəni kef hasil olur. Məsələn, iki ya üç stəkan çay, bir ya iki fincan qəhvə ya bir kiçik stəkan dilgüşa və süxəngu, yəni kefli edir. Ol şeylərin bəzində məzkur zəhər az olmağa binaən onlar bədənə zərər etmirlər. Məsələn, çay, qəhvə, tənbəki. Lakin lazımdır onların zəhər olmaqlığını yaddan çıxarmayıb onları israf etməyəsən. Amma tiryakda, bəngdə və şərabda zikr olan zəhərin qədəri ziyadə olduğuna onların nəşəsi də ziyadə olur və onlar bədənə də ziyadə zərər edirlər.

Əlbəttə, bir neçə kərrə ol zəhərləri qədərində yeməkdən bədənə zərər olmaz. Amma ol zəhərlərin bir xasiyyəti budur ki, onlara beyin adət eləyəndən sonra onlar beyinə əsər etməz və nəşə gətirməz. Ona binaən tiryak atan, bəng yeyən və şərab içən kəslər özlərinə kef gətirməkdən ötrü gərək gün-gündən onları artıq yesinlər ki, onlardan əvvəlki kimi kef gəlsin və belə mürur ilə beyinə güc etmək onu gücdən salıb zəifləndirir. Bu səbəblərə ol kəsin sifəti saralıb, mədəsi gücdən düşüb əli, ayağı və başı titrəyib, xülasə, tamam bədəni mürur ilə zəiflənib tələf olur.

Bu səbəblərə xaçpərəstlərin elm sahibləri xalqa bəyan etməklik ilə səy edirlər ki, şərabdan onların rəğbətin kəssinlər. Pəs bizim müsəlmanların tiryak atan, bəng yeyən, şərab içən kəsləri, siz adət elədiyiniz şeylər zəhər imişlər, onlar sizin beyninizi və bədəninizi tələf edib sizi fövtə verir imişlər. Belə olan surətdə nəfyül-xəmr vəl meysər min əməlüş-şeytan49 yaddan çıxarmayıb, istiğfar etmək vacib imiş.