Məzmuna keç

"Əkinçi", 5 sentyabr 1875, №4/Daxiliyyə

Vikimənbə saytından
"Əkinçi", 5 sentyabr 1875, №4

Süddən yağ qayırmaqdan danışır

Tiflisdən Badkubəyə dəmiryolu təmir olunmağı xalqa məlumdur. İndi
Peterburq qəzetləri bəyan edirlər ki, onun tuli 520 verst olacaqdır. Onu Tiflisdən
Poti şəhərinə dəmiryolu təmir edən icma təmir edəcək. Onun xərci 221 58000
manat, yəni hər verstə 42537 manat olacaqdır. Onun stansiyalarının yeri Tiflisdə və
Badkubədə məlum deyil, amma məlumdur ki, Badkubədən dərya kənan ilə
gedəcək Hacıqabula, Hacıqabuldan o yana hansı tərəfdən getməyi genə yəqinən
məlum deyil. Ya Kür çayının kənan ilə ya da dağ ətəyi ilə gedəcək. Əgər Kür
kənan ilə get getsə, Cavaddan yuxarı gedib Molla kəndindən, Zərdabdan keçib
Pirəzəyə gedəcək oradan Kürü keçib Çinlidən, Gorandan Gəncəyə gedəcək və əgər
dağ ətəyi ilə getməli olsa, Hacıqabuldan gedəcək Paşalıya, Qaraqaşlıya,
Qarasaqqallıya, Qarabucağa, Məlik kəndinə, Çiyniyə, Mixaya, Qarautana, oradan
Kürü keçib, əgər iğləyədən, Təkqayadan, Dəli titlidən Gəncəyə gedəcək. Bu iki
tərəflərdən ümid çoxdur ki, Kür kənarilə getsin. Gəncədə stansiya şəhərin şimal
tərəfində olacaq, oradan gedəcək Tovuza, Ağstafaya, Salahlıya, oradan genə Kürü
keçib Dəmirçi Həsənlidən, Hacılıdan, Axtalıdan, Tiflisə gedəcək.
Dəmiryolunun xalqa nəfi olmağı məlumdur. Hər kəs beş gün poşt ilə
gedilən yolu bir günə rahat gedir. Ondan masəva bizim yerlərimizdən və
mallarımızdan hasil olan şeyləri bir az kirayə ilə Tiflis və Badkubə şəhərlərinə və
qeyri yerlərə aparıb artıq qiymətə satmaq olur. Ona binaən bizim indi az mədaxil
götürən yerlərimiz birə-beş artıq mədaxil götürəcək. Əlbəttə, bu xeyirləri hər kəs
vaxtında görüb biləcəkdir. Ġndi onlardan danışmağımıza səbəb oldur ki, bizə
məlumdur bir neçə dövlətli kəslər xahiş edirlər dəmiryolu gedən yerlərdə
bəyzadələrin məxsusi yerlərin alıb onları dövlət tərəfindən olan mərhəmətdən
məhrum etsinlər. Ona binaən vacib bilib bəyzadələrimizi sərhesab edirik ki,
məzkur yerlərdə ya onların yavıqlığında olan yerlərini satmayıb dəmiryolu təmir
oluncan saxlasınlar ki, ol vaxtda onlar birə-beş artıq qiymətə gedəcək.


Keçən nömrədə bizə diqqət edənlərə öz zəhmətlərimizdən danışdıq. İndi
aşağıda zikr olan Tabasarandan göndərilən qəzəli basdırmaqlıq ilə onlara
göstərmək istəyirik ki, bizim oxuyanlar hamısı bizə diqqət etmirlər. "Əkinçi"
qəzetinin şükrnaməsi:
Qəzəl
Xoşa kim qıldı Bakidə qəzet bünyadını mə'mur
Zəbani-türk ilə nabud ikən bir fazili-məşhur,
Cənabi-xacəyi-darülfünun əllame Zərdabi
Məlikzadə Həsən bəyin xətri hər dəm ola məsrur.
Həmiyyətkəş olub əhli-vətənden ötrü bişübhə
Qazandı o bu niknamı olsun daima məzkur.
Səvadır şükr ona cümlə müsəlmanani-Qafqazdan
Ki onlara qəraibdən verir o növbənöv mə'tur.
Xüsusən əhli-Dağıstanə ən'ami-əzimdir bu
Ki qəflətdən oyanmaq oldu hala onlara məysur.
Lihəza bu cəhətdən eylərəm ərzi-təşəkkür mən
O alişanə rəbbim etsin ani xeyr ilə mə’cur.
Görüb Məmnun ki, olmuş ol qəzet tarixi ya qəffar (1292),
Rica etdi qüsuri ol xüsusda həm ola məğfur.