"Əkinçi", 5 sentyabr 1875, №4/Elm xəbərləri
←Süddən yağ qayırmaqdan danışır | "Əkinçi", 5 sentyabr 1875, №4 |
Məktub→ |
Keçən nömrələrdə meşə olan yerə yağış ziyadə yağmaqdan danışdıq.
Əlbəttə, yağış artıq yağdıqcan o yerin ab-havası təğyir tapıb insanın bədəninə artıq
nəf edir. Pəs yağışın ziyadə yağmağının hərni əkin və ziraətə, həmi insanın
bədəninə nəfi var imiş, ona binaən hər yerdə meşə salmaq vacib imiş. Çünki
məzkur qayda ilə hər yerdə meşə salmaq məqdur deyil, ol səbəb ki, hər yer bir
qüvvədə olmaz, bəzi yer özbaşına meşə bitirsə, bəzisi bitirməz, ona binaən indi
özbaşına meşə bitirməyən yerlərdə meşə salmaqdan danışaq.
Bizim Badkubə uyezdinin qumunu və küləyini görən kəs fikir edir ki, hər
yerdə meşə salmaq olsa, burada olmaz. Əlbəttə, bizim xəzri küləyimiz və susuzluq
təzə əkilmiş ağacları qurudub tələf edir. Amma insan elm səbəbilə sahibi-dünya
olduğuna nə ki xəzriyə və susuzluğa, bəlkə hər bir şeyə əlac tapar. Badkubə
uyezdində adətdir bostanın və bir neçə qeyri əkini xəndək içində əkmək. Belə əkini
xəndək içində əkməyin xeyri odur ki, xəzri əkinə artıq zərər etmir. Bu xəndəyi
qazmağın zəhməti ziyadə olmaqdan savayı bir az vaxtdan sonra xəndək qum ilə
dolmağa binaən genə təzədən xəndək qazmaq lazımdır. Onlardan məsava belə
xəndək qazmaq ilə nə ki xəzrinin əsməyinə mane olmuruq, bəlkə onun qabağında
olan təpələri qazıb götürmək ilə onun dəxi bərk əsməyinə səbəb oluruq. Pəs nə
etmək gərək? Bizim uyezdin qumstanında təkdə bir ələfiyyatlar var. Onlar
özbaşına hər il əmələ gəlirlər. Bu otlar bizim xəzriyə və susuzluğa vərdiş ediblər.
Ona binaən xəndək qazmaqdan o otlardan əkinə hasar çəkmək yaxşıdır. Onların
toxumlarını yığıb əkinin xəzri gələn tərəfində cərgə ilə əkib onların daldasında
əkin. Əkəndə onlar əkini xəzridən mühafizət edərlər və əgər bu otlar alçaq
olmaqlığa binaən əkini küləkdən mühafizət etməsə, ol vaxtda böyük daşları ya
üzüm səbətlərin qum ilə doldurub əkin yerinin külək gələn tərəfində cərgə ilə
düzüb, hər cərgənin daldasında bir cərgə məzkur otları əkib sonra əkin əkmək
gərək. Bu daşlar və səbətlər külək gətirən qumları saxlamağa binaən orada təpələr
əmələ gəlir ki, o təpələr xəndək kimi əkini xəzridən mühafizət edir. ġol təpələrin
daldasında məzkur otlar bina tutandan sonra onların yayımda bizim qumstanda
pərvəriş tapan əncir, nar, tut, söyüd və qeyri ağaclar əkəndə otların yanında ol
ağaclar həmçinin bina tutar. Doğrudur belə ağacları bitirtməyin zəhməti çoxdur,
onları quyu suyu ilə vaxtında sulamaq lazımdır. Amma bu zəhməti qəbul edib
onlar bitirdəndən sonra onların kölgəsində təzə ağaclar əkmək ilə tamam Badkubə
uyezdini bağat etmək olur. Ol vaxtda xəzrinin qumundan və susuzluğundan xilas
oluruq; yerlərimiz abad və bədənimiz sağ olur.