Məzmuna keç

"Qisseyi-Yusif"dən

Vikimənbə saytından
"Qisseyi-Yusif"dən (XIII əsr)
Müəllif: Qul Əli
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Əziz Yusif tamam on bir yaşar idi,
Yəqub puçı uyluqında uyar idi,
Uyur ikən bir əcayib uyğu gördü,
Təvilini atasından sorar indi.
Doğan gun dolunu ay, on bir ulduz,
Duşum içrə səcdə qıldı mənə sansız.
Uş bu duşnu boylə gördüm heç gumansız,
Aya ata, mənə təvil qılğıl indi.
Bu duşumun təvilini qılu vergil,
Aqibəti nə bulasan, bilü vergil,
Bu duşuma körklü təvil olu vergil,
Bu duş içrə edgü saqınc sayğıl indi.
Məşhur durur ayatında ol Cəbbardan,
Bir cuhud var, adı isə onun Bustan.
Sual sordu həm ol cuhud həq Rəsuldan
Dürüst cavab, həm səhih söz istər indi.
Rəsul aydır: Əwəl ulduz Bəyran idi.
01 ikinci ulduz adı Təryan idi.
Həm üçüncü ulduz adı Rüyyan idi.
Dördüncüsü, ülduz adı Kənan idi.
Beşincisi, ulduz adı Qabit idi.
Altıncısı, ulduz adı Sabit idi.
Yeddincisi, ulduz adı Əmud idi.
Səkkizinci ulduz adı Səhih idi.
Doqquzuncu ulduz adı Sınığ idi.
Onuncu həm ulduz adı Qanığ idi.
On birinci ulduz adı Sonuğ idi.
Cümləsini səhih bəyan qıldı indi.