"Qurbani" dastanından qarı ilə qızın deyişməsi
"Qurbani" dastanından qarı ilə qızın deyişməsi Müəllif: Dirili Qurbani |
Mənbə: Qəzənfər Kazımov. "Seçilmiş əsərləri (10 cilddə, III cild)" (PDF) (az.). Nurlan. 2008. 2018-09-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-09-05. |
Q a r ı
Başına döndüyüm gülüzlü cavan,
Gәl alma qızımı – sarıdır, sarı!
Sәndәn ötrü bәslәmişәm bu canı,
Gәl alma qızımı – sarıdır, sarı!
Q ı z
Meymun nәfәsinә bәnzәr nәfәsi,
Tökülübdü әti, qalıb qәfәsi.
Xәstәyә dәrmandı qızın mәmәsi,
Gәl alma anamı – qarıdır, qarı!
Q a r ı
İşvә mәndә, qәmzә mәndә, naz mәndә,
Aşıq öldürmәyә şirin söz mәndә.
Öpmәk üçün buxaq mәndә, üz mәndә,
Gәl alma qızımı – sarıdır, sarı!
Q ı z
Qarılarda işvә, qәmzә, naz olmaz,
Bir gülünәn bahar olmaz, yaz olmaz.
Günü keçmiş qarı gәlib qız olmaz,
Gәl alma anamı – qarıdır, qarı!
Q a r ı
Mәhbanıyam, çox ixtilat qataram,
Gecә-gündüz işvә, qәmzә sataram.
Yar deyib qoynuma alıb yataram,
Gәl alma qızımı – sarıdır, sarı!
Q ı z
Әsmәrәm, özümü sana bildirrәm,
Ağladıban göz yaşını sildirrәm.
Küsülü olsan da, sәni dindirrәm,
Gәl alma anamı – qarıdır, qarı!