Məzmuna keç

Çünki rəf’ oldu üzündən, ey şəhi-xuban, niqab

Vikimənbə saytından
Çünki rəf’ oldu üzündən, ey şəhi-xuban, niqab
Müəllif: İmadəddin Nəsimi

Çünki rəf oldu üzündən, ey şəhi-xuban, niqab,
Qalmadı küfrü zəlalət, zahir oldu afitab.

Həq əyan oldu sənə, ey məzhəri-zatü sifat,
Kənzi-məxfi aşikar olduvü həm yovmül-hesab.

Xeymeyi-miad imiş gördüm vücudum sərbəsər,
Kafü nundan iki yana hər tərəf əlli tənab.

Ol ki, bu sirri bilir oldu şəhi-Misri-vücud,
Hökm anın, buyruq anın, ol sahibi-əmrü xitab.

Kirpigin, qaşınla zülfün sirrini məndən eşit,
Ta sənə ərz oluna həm məniyi-ümmül-kitab.

Arifi-həq istərəm söz tanıya aləmdə kim,
Söyləyəm məqsudumu ta ol verə gerçək cavab.

Divi-naməhrəm nə bilsin sirri-ərvahi-nəbi,
Talibi-dünyayi-dundur nəfsi-nadanü kilab.

Sirri-pənc əlhəmd faş oldu zi vəchü dəstü pa,
Ey kəlamüllahi-natiq, ta be key başi bexab.

Valiyi-əhd oldun, ey Səyyid, zi Fəzli-ləmyəzəl,
Gör nəder vali budur, vallahi-aləm bilsəvab.