Çıxmaz başımdan eşq ilə sevdası dilbərin
Görünüş
Çıxmaz başımdan eşq ilə sevdası dilbərin Müəllif: Mirzə Məhəmməd Tağı Qumri |
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13. |
Çıxmaz başımdan eşq ilə sevdası dilbərin,
Könlümdə var həmişə təmmənnası dilbərin,
Nuş etmişəm şərabi-məhəbbət ələstdə,
Getməz ölüncə nəşeyi-səhbasi dilbərin.
Vaiz, məlamət etmə məni, həq mənimlədir,
Gəl bax, bu mən, bu sən, bu tamaşası dilbərin.
Cənnətdə hər nə vardı, sənin, qoy mənim ola
Bir kəlmə söhbəti-fərəhəfzası dilbərin.
Yox özgə məşqi vəsli-raxi-yardən səva,
Qumri olubdur aşiqi-şeydası dilbərin.