Çəkəli əynimə bu sikkeyi-mərdan kəpənək
Görünüş
Çəkəli əynimə bu sikkeyi-mərdan kəpənək Müəllif: İmadəddin Nəsimi |
Çəkəli əynimə bu sikkeyi-mərdan kəpənək,
Biləsən, qıldı mənim dərdimə dərman kəpənək.
Kəpənək geydiyimə kimsələr eyb eyləməsin,
Kim ki, halıma mənim qılmadı nöqsan kəpənək.
Kəpənək geymişəm, əndişədən azad olubam,
Üşümək müşkülünü eylədi asan kəpənək.
Mə’rifət əhlinə gəldi kəpənək ətləsi-xas,
Nə rəvadır ki, geyə cahilü nadan kəpənək.
Ey Nəsimi, yeri gey, xirqə ərənlər donudur,
Geymədi münkir anı, sandı ki, zindan kəpənək.