Çəkməyə (Aşıq Alı)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Çəkməyə Müəllif: Aşıq Alı |
Mənbə: Aşıq Alı. Nə qaldı. Bakı, "Qanun nəşriyyatı", 2020. səh.172 (Toplayanı və tərtib edəni: İlham Qəhrəman) |
Bir gözәllә әhdi peyman edәndә,
Gәrәk yarın sәngi-dağa çәkmәyә.
Mәrd özündәn görәr, namәrd özgәdәn,
Dar mәqamda dost qabağa çәkmәyә.
Dostdan giley dönәr dastan, nağıla,
Gәlәr bir gün gәlmәyәn iş ağıla.
Ünsiyyәt olmasa, xanә dağıla.
Zәnәn sola, әri sağa çəkməyə.
Alı, rast olanda yaman yamana,
El gәlәr әlindәn aha, amana.
Qәhr eylәyәr cümlәsinә zamana,
Münsif gәrәk sәr qırağa çәkmәyә.