Çəkmişəm (Usta Abdulla)
Görünüş
Çəkə bilməz Müəllif: Usta Abdulla |
Mənbə: "Zodlu Abdulla (toplayıb tərtib edən: İbadulla Ağayev)" (az.). Bakı: Təbib. 2024. səh. 33-34. ISBN 978-9952-572-87. İstifadə tarixi: 2024-07-13. |
Əyyami-qəzada, dəhri-dünyada,
Bilirsənmi, nə bəlalar çəkmişəm?!
Ahu-zar, müsibət dünyadan çıxıb,
Leyli-nahar nə nalalar çəkmişəm.
Dağıldı mahalım, pozuldu elim,
Tükəndi dövlətim, gödəldi dilim,
Əyildi qamətim, büküldü belim,
Nə qazamat, nə qalalar çəkmişəm.
Abdulla, bir yana yetmədi dadım,
Hayana düşdümsə, yandırdı odum.
İtib dülgərliyim, batıbdı adım,
Aranlarda nə alalar çəkmişəm.