Çələb Adəm cismini topraqdan var eylədi
Çələb Adəm cismini topraqdan var eylədi Müəllif: Yunus Əmrə |
Mənbə: Yunus Əmrə. Əsərləri (PDF) (az.). "Öndər". 2004. ISBN 9952-416-00-7. 2017-05-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-25. |
Çələb Adəm cismini topraqdan var eylədi,
Şeytan gəldi Adəmə tapmağa ar eylədi.
Aydur, bən oddan-nurdan, ol bir avuç topraqdan,
Bilmədi kim, Ademün İçün göher eylədi.
Zahir gördi, Adəmün batininə baqmadı,
Bilmədi kim, Ademi xəlqe sərvər eylədi.
Qırq yıl qalıbı yatdı, adı aləmi tutdı,
Gör şeytanı büğzindən nə fitnələr eylədi.
Adəm topraq yatmışdı, at aləmi tutmışdı,
Fikrinə baq fblisün, yəni hünər eylədi.
Ol yüriyen atlan sürdi Adəm üstinə,
Adəmə məkr eyləyüb ye’nı zəfər eylədi.
Adəmün göbəgindən Çələb yaratdı anı,
Vaf(i) deyüb tun gəldi, anlar güzər eylədi.
Çün getdi Adem əhdi, yetdi Musamın vəqti,
İblisə işbu işlər yavlaq əsər eylədi.
Musa gönüldi Tura Həqqe münacat edə,
Gördi kim, bir aqar su, Musa nəzər eylədi.
Musa aydur görəyin işbu su nerdən gəlür,
Gər böyle aqar İsə zirü zəbər eylədi.
İlerü vardı Musa, gördi leini ağlar,
Gözi yaşıyımış su, gözin bınar eylədi.
Musa sordı ləinə, ağladuğun neçündür,
Nedəyin ağlamadm işümi zar eylədi.
Müqerrəb idüm bən ol Heqqün dərgahında bol,
Götürdi urdı yerə, candan bezər eylədi.
Sən bilməmisin, Musa, bən nədən aynlduğum,
Şunlar önümə düşər, bəni əvkar eylədi.
Varğıl ayıtğıl, Musa, rəhmət eyləsün bana,
Tövbə qıldum, işümə xoş istiğfar eylədi.
Musa irdi həzrətə, başladı münacata,
Unutdı əmanəti, söz müxtəsər eylədi.
Çelebdən irdi nida, qanı əmanət - dedi,
Ol nidaya canını Musa nisar eylədi.
Varğıl ayıtğıl, Musa, rəhmət edəyin ana,
Səcdə etsün Adəmə, çün istiğfar eylədi.
Musa gəldi ləinə dedi Həqqİn buyruğın,
Səcdəyi eşidicək döndi inkar eylədi.
Bən andan umar İdüm dərdümə derman qıla,
Dərdüm dəxi arturdı, yə’ni timar eylədi.
Bən əgər tapsam ana, ol vəqtin tapar idüm,
Şimdi xud topraq olub zirü zəbər eylədi.
Adəm, İblis kim ola, işi işlədən Çəleb,
Ayü güni yaradub leylü nəhar eylədi.
Mə’ni nədür İblisdən, füzulluqdurur bizdə,
Tuydunsa işbu sözdən, sirri aşkar eylədi.
Çələb aydur şol qula, inayət bəndən ola,
Nə şeytan azdırusar, nə kimsə kar eylədi.
Altı bin yedi yüzi yıldan keçən Adəmi,
Dilə getürdi Yunus, şimdi təkrar eylədi.