Çağladı
Görünüş
Çağladı Müəllif: Aşıq Abbas Tufarqanlı |
Mənbə: Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr), Bakı, 2004. |
Xəbər aldım təbrizlidən,
Məni hərcayı çağladı,
Viran bağlar xəzəl oldu,
Didələrim qan ağladı.
Bülbüləm, dala qonaram,
Zərgərəm, gümüş yonaram,
Elə bu dərdə yanaram,
Xoryat söz məni dağladı.
Abbasam, yoxdu məkanım,
Sənə qurbam şirin canım,
Ölkəmizdə Pəri xanım,
Sidqimi mövla bağladı.