Çadruyə yüzni, ey şux, diraz qılma məni
Görünüş
Çadruyə yüzni, ey şux, diraz qılma məni Müəllif: Sadıq bəy Əfşar |
Mənbə: Sadiq bəy Əfşar. Şeirləri (Transfoneliterasiya və fotofaksimile). Bakı: Nurlan, 2010.s.54. |
Çadruyə yüzni, ey şux, diraz qılma məni,
Dağıtma kakilinə, biqərar qılma məni.
Rəqib bəzmi əz şürbi-mey hərarətdin,
Ərəq töküb yüzdin əşkbar qılma məni.
Bu gün nihan səri-kuyinə gəlmişəm, ey dil,
Nihani ah çəkib aşkar qılma məni.
Bəraət hesabdə tut bu əsbabından,
Qəribü bikəsü bietibar qılma məni.
Cəmali heyrəti bihuşim söləşmə, rəqib,
Sadiqi-sadiq səva durub hüşyar qılma məni.
Qədəm qoyub ura gözüm laf urdu mərdüm,
Qıl imdi rəncə qədəm, şərmsar qılma məni.
Gülüm, çavurma yüzün qeyrə, Sadiqi yanlığ,
Bu gülşənində rəşki-məzar qılma məni.