Çal, oyna! (xalq mahnısı)

Vikimənbə saytından
Çal, oyna!
Müəllif: Portal:Şifahi xalq ədəbiyyatı
Sister Projects. Həmçinin baxın: Haqqında •

Mahnının sözləri müxtəlif ifaçılar tərəfindən müxtəlif variantlarda ifa edilib:

Göy göllərdə üzər qazlar,
Laçın, ay, vurar, tükünü tozlar.
Dəstə-dəstə gəlir qızlar,
Gəlir, ey, sallana-sallana…
Nəqərat
Mehribanım, güloğlan,
Dur, oyna, çal, oyna!
Yaxşı oğlan, qəşəng qız, dur, oyna!
Gözəl oğlan, qəşəng qız, çal, oyna!
Dost bağında açılmış güllər,
Sarılıb gülə sarı bülbüllər, (Sarılmışdır gülə bülbül)
Qızlar düzmüş (sancmış) telinə güllər,
Gülürlər nazlana-nazlana. (Gəlir, ey, sallana-sallana.)
Dost bağında bitər alçalar,
Tez çiçəkləyər, yetər alçalar.
Toylarımızda belə qaydadır,
Oğlan oynar, qızlar əl çalar.
Qızlar oynar, oğlan əl çalar.

Rəşid Behbudovun ifasında:[redaktə]

Dost bağında açılmış güllər,
Sarılıb gülə sarı bülbüllər,
Qızlar düzmüş telinə güllər,
Gülürlər nazlana-nazlana
Mehribanım, Mehriban,
Dur, oyna, çal, oyna!
Yaxşı oğlan, qəşəng qız, dur, oyna!
Gözəl oğlan, gözəl qız, çal, oyna!
Dost bağında bitər alçalar,
Ay çiçəkləyər, yetər alçalar.
Toylarımızda qayda belədir,
Oğlan oynar, qızlar əl çalar.
Qızlar oynar, oğlan əl çalar.
Mehribanım, Mehriban,
Dur, oyna, çal, oyna!
Yaxşı oğlan, qəşəng qız, dur, oyna!
Gözəl oğlan, gözəl qız, çal, oyna!