Çarə kimdür ələmi biçarə olmuş könlümü

Vikimənbə saytından
Çarə kimdür ələmi biçarə olmuş könlümü
Müəllif: Sadıq bəy Əfşar
Mənbə: Sadiq bəy Əfşar. Şeirləri (Transfoneliterasiya və fotofaksimile). Bakı: Nurlan, 2010.s.50-51.

Çarə kimdür ələmi biçarə olmuş könlümü,
Qandadur bir cəm edən sədparə olmuş könlümü.

Cənnətü cuyi dil bəni avarə qıldı, bilməzəm,
Qanda, ya Rəb, istəyim avarə olmuş könlümü.

Etmə, zahid, vaizü təsbihə talib Tanruçün,
Mən' əsiri mübtəla zünnarə olmuş könlümü.

Yağıleydi nafə tək qan əşki-gülgün kaş ki,
Payvənd ol zülfi-ənbərbarə olmuş könlümü.

Sadiqi tək yandurun ey ahi-atəşbarını,
Arsızlıqda müti əğyarə olmuş könlümi.