Məzmuna keç

Çarpa

Vikimənbə saytından
Çarpa
Müəllif: Əbülqasim Nəbati
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Get dolanginən, xamsən hənuz,
Püxtə olmağa çox səfər gərək.
Mürği-Qaf ilə həmzəban olub,
Dövrə qalxmağa balü per gərek [...]

Zülfu ənbərin, xalı nazənin,
Qönçətək dəhan, qaşı cansitah,
Şahi-gülrüxan, mahi-biqərin,
Nəstərən kimi simber gərək.

Lalətək üzü al yanaq ola,
Tazə gül kimi tər-buxaq ola,
Ağ-ayaz üzü aydan ağ ola,
Qaşları ona həm süpər gərək.

Həminan ola mehrü mah ilən,
Hemzəban ola nuri nar ilen,
Zülfi bəhs edə şahmar ilən,
Genci-sinəsi pürgüher gərək [...]

Mən qılmayın çox da zahidi,
Üzrii var onun, aşiq olmayıb,
O əbəs yere xelq olunmayıb,
Bağbanə bir kəlləxər gərək.

Ciddü cəhd qıl, arif ol, gözüm,
Elmi-eşqdən olma binəsib,
Cum bu bəhıə bir, tap o gövhəri,
Aşiqəm deyən tərki-sər gəıək.

Rah pürxətər, bəxt vajgun,
Zülfi-yar tək şəb siyahgun,
İndi qeybdən Xançobamna
Nəxli-Turdən bir şərər gərək.

Hər xəsisə gəl etmə iltica,
Olmaz özgədən hacətin ıəva,
Müşkül açmağa şahi-lafəta,
Əntər öldürən şirin-nər gərək.

Bu cavahirin yoxdu qiyməti,
Açginən gözün, yaxşı seyr qıl,
Hər biri dəyər Çin xəracına,
Müftə vermərəm, simü zər gərək.

Bir gözəl cavan istərəm haman
Kim, bu sözləri eyləsin rəvan,
Hardadır desin bir şəkərzəban
Kim, bu söz mənə hamı tər gərək.

Saqi, gəl məni cami-eşqdən
Bir kərəm qılıb öylə məst qıl,
Ta desinlərxəlq lal oturmağa,
Bu Nəbati tək bəxtəvər gərək.