Çata-çat (Aşıq Əsəd)
Görünüş
Çata-çat Müəllif: Aşıq Əsəd |
dodaqdəyməz təcnis Mənbə: Aşıq Əsəd Rzayev. Sazın-sözün Koroğlusu. Bakı, "Zərdabi LTD" MMC, 2010. |
Vaxt yetişdi köç eylədin dünyadan,
Sevən ürək səni anar çata-çat.
Qurtarsan da yüz xətərdən, nalədən,
Dünya insanları sanar çata-çat.
Həyata nur verir günəş şüası,
Onunla dəyişir yerin havası,
Sevənlərin söylə nədir xətası?
Ayrı düşsə gültək solar çata-çat.
Sözünün olsa da əgər kəsəri,
Nəsihəti tez unudar sər-səri.
Qoru saxlaginan, can ilə səri,
Əsəd, vaxt çatanda yanar çata-çat.