Məzmuna keç

Çata-çat (Hüseyn Şəmkirli)

Vikimənbə saytından
Çata-çat
Müəllif: Hüseyn Şəmkirli
dodaqdəyməz təcnis
Mənbə: "Aşıq təcnisləri" (şeir antologiyası). Azərbaycan Aşıqlar Birliyi. Bakı, 2022.

Həllac gələr, dağlar atar yayınan,
Qayalardan səngi salar çata-çat.
Ya qanginən, deyilənə ya inan,
Xeyir, şərin çəkəcəklər çata-çat.

Dilin dəysə o narazı nara hey,
Ərəsətdə atacaqlar nara, hey,
Nar içində ha çəkərsən nara, hey,
Ətin ərir, əzan yanar çata-çat.

Yazıq Hüseyn, yaşın yetdi daha sən,
Cəhd elərsən, yekin yetər dəha, sən,
Nə anlarsan, nə qanarsan daha sən?
Səksən il də dərs alasan çata-çat.