Çatmadım

Vikimənbə saytından
Çatmadım
Müəllif: Ağ Aşıq
Mənbə: Yusif Səfərov (2011). Naxçıvan aşıqları və el şairləri (az). Naxçıvan: "Əcəmi" NPB. 2017-10-05 tarixində arxivləşdirilib. 2017-10-05 tarixində istifadə olunub.


Sevda məni çətin yola çağırdı,
Dərələri aşdım yara çatmadım.
Pir yaşımda intizardan zar oldum,
Tuş oldıım çovğuna, qara çatmadım.

Gözəllərdə min dil gördüm, min də fel,
Kəmənd oldu boğazımda qara tel,
Görüş vaxtı tufan qopdu, əsdi yel,
Atdı məni uzaqlara çatmadım.

Baxdım bəmə çəkdi, qalxanda zilə.
Gözü, könlü ac, gedirəm mənzilə,
Ağ Aşıq həsrətdi bir şirin dilə,
Keçdi günüm, düz ilqara çatmadım.