Çeşmə kitabəsi

Vikimənbə saytından
Jump to navigation Jump to search
Çeşmə kitabəsi
Müəllif: Mirzə Fətəli Axundzadə


Bir əcəb çeşmə Əlaiddin rəvan etmiş idi,
Məscidi-Batum civarındə nəziri-səlsəbil.
Yandı üstündə onun pəh-pəh əcayib sayəban,
Hüsni-əxlaqilə məhdudu kərəmdə biədil,
Yəni Zünnureyn həm namı olur Şövqi ləqəb,
Şimdi Lazistanadır qaimməqami-bibədil,
Səlsəbil Osmani, Şövqiyə inayət eyləyə,
Cənnətül-məvada fərda həzrəti-rəbbi-cəlil.
İstəsən ol sayəban tarixi məlumun ola,
Misrəi-rabidəki üç kəlmədən al ey aqil!
Yazdı bu tarixi sürfə şerini Fəthi-Əli
Müntəzirkən vapora Batumdadır ayəndə yil.