Məzmuna keç

Çevril bir bəri bax, ey yari vəfadar getmə

Vikimənbə saytından
Çevril bir bəri bax, ey yari vəfadar getmə
Müəllif: Molla Cümə
Mənbə: Paşa Əfəndiyev. "Molla Cümə (həyatı və yaradıcılığı)" (PDF) (az.). "Ləman nəşriyyat poliqrafiya". 2017. İstifadə tarixi: 2018-08-31.

Çevril bir bəri bax, ey yari vəfadar getmə
Qoyub hicrində məni böylə giriftar getmə.

Sən belə getməginən həsrət-firqət adına
Yanmışam, yaxılmışam dildar, dilbər getmə.

Ey sərv qamətli canan, gəl sərimə sal saya
Qəribəm binəvayam sən ol havadar getmə.

Sən təbibsən mən zəif dərdimə çarə gərək
Sonra dərmansız ölər bu xəstə bihar getmə.

Qorxuram ki, gedəm xoş məzarın təlx edələr
Yolunu bənd eyləmiş bədguh-bədgar getmə.

Qayit allahı sevərsən bu könlümü şad eylə
Danış şirin dilinən bir neçə göftar getmə.

Aç qolunu sal boynuma sarmaşğınan ay dost
Qoy baxıb əğyar sözünə bu qədər……….

Baxıb əğyar sözünə bu qədər incitmə məni
Nə demiş xilaf demiş o binur bimar getmə.

Yalvara, yalvara busə verib peşman oldun
Cümədən küsməginən səndədir ixtiyar getmə.