Çiçəyə an, anya əsəl

Vikimənbə saytından
Jump to navigation Jump to search
Çiçəyə an, anya əsəl
Müəllif: Levni
Mənbə: Anar (1999). Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab. (az). Bakı: "Azərbaycan". 2017-07-08 tarixində arxivləşdirilib. 2017-07-08 tarixində istifadə olunub.

Çiçəyə an, anya əsəl,
Abdala boru, boruya qəzəl,
Şairə türkü, türküyə gözəl,
Gözələ gərdan - nə gözəl uymuş!

Qovuğa sanq, sanğa sünbül,
Köçəyə yanaq, yanağa kakil,
Bağçaya güllük, güllüyə bülbül,
Bülbülə əfqan - nə gözəl uymuş!

Kədiyə fare, fareyə qovuq,
Məclisə kəlam, kəlama doruq,
Xəstəyə şorba, şorbaya qonıq,
Qoruğa havan-nə gözəl uymuş!

Yeməyə sahan, sahana qalay,
Fəqire kübar, kübara saray,
Xunkara vəzir, vəzirə alay,
Alaya qaftan - nə gözəl uymuş!

Qapıya kilid, kilidə miftah,
Dərvişə xirqə, xirqəyə külah,
Qəhvəyə yaran, yarana məddah,
Məddaha yalan-nə gözəl uymuş!

Yayana atlı, atlıya qoşu,
Dallıya quşaq, quşağa poşu,
Söhbətə halva, halvaya turşu
Turşuya soğan - nə gözəl uymuş!

Yağlıya naxış, naxışa ipək,
Ustada hünər, hünərə əmək,
Levniyə gözəl, gözələ döşək
Döşəyə yorğan - nə gözel uymuş!