Çoxdan, ey saqi, gəlib sinəmdə mehman olmadın

Vikimənbə saytından
Jump to navigation Jump to search
Çoxdan, ey saqi, gəlib sinəmdə mehman olmadın
Müəllif: Nədim
Mənbə: Anar (1999). Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab. (az). Bakı: "Azərbaycan". 2017-07-08 tarixində arxivləşdirilib. 2017-07-08 tarixində istifadə olunub.

Çoxdan, ey saqi, gəlib sinəmdə mehman olmadın,
Dərdimə dəstindəki sağərlə dərman olmadm.
Mahsan, mehdən gözəlsən bəlkə, amma neyləyim,
Ah, bir şəb bürçi ağuşumda taban olmadın.
Gəldi mülki-hüsnünə xətti-siyah müshəf bədəst,
Sən dəxi ey kafiri-nəhvət müsəlman olmadın.
Xeyli dəmdir kim, belin qucmağa qəsd etdikcə mən
Naz ilə məndən yenə mənə girizan olmadın.
Handa buldun boylə dilkeş nəzmi-heyranım,
Nədim Cami-mey nuş etmədin, həmbəzmi canan olmadın.