Ölürəm (Varxiyanlı Aşıq Məhəmməd)

Vikimənbə saytından
Jump to navigation Jump to search
Ölürəm
Müəllif: Varxiyanlı Aşıq Məhəmməd
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5

Ala gözlüm, bir bəri bax,
Dərdi-sərindən ölürəm.
Düşmüşəm hicran qəminə,
Ahü-fəğandan ölürəm.
Bil ki, sənin nigaranın,
Heç çıxmaz candan ölürəm.
Mən bir şeyda bülbüləm,
Ay gülü xəndan, ölürəm.
Kirpiyin siyah, müjgan,
Qaşı kamandan ölürəm.
Kamandı oxlar,
Güldən buxaxlar,
Cünundu çoxlar,
Kəlməsi şuxlar,
Əlvan otaxlar.
Nə ola bir danışaq,
O dil dahandan ölürəm.
Bəzənib seyran ilə,
Hər çıxanda yolları xoş.
Geyinib əlvan-əlvan,
Yaşıl üstdən alları xoş.
Taxgilan cüt bilərzik,
Tər xmalı əlləri xoş.
Qurşasan mina kəmər,
Eylə nazik belləri xoş.
Hər səhər çax şanəni,
Dara siyah telləri xoş.
Tərlan oylağmı
Gözlə solu-sağını,
Candan götür dağını,
Dolan gəz otağını,
Aç sinənin bağmı.
Narınclar aldı canımı,
Çıxar fıncandan, ölürəm.
Ay məni dərdə salan,
Bir belə viran olumu?
Ha bu eşqin əsəri,
Bəs məndən bir yan olumu?
Göz görüb, qəlb sevməsə,
Heç aşıq heyran olumu?
İki dost arasmda,
Afəti-dövran olumu?
Məni saldm atəşinə,
Bir belə niran olumu?
Heyran oldum özünə,
Sallananda nazma,
Bir şirin avazma,
Mail oldum gözünə,
Tuş baxanda üzünə.
Yanaqları lalə kimi,
Xalları dən-dən, ölürəm.
Mən sənə gözəl deyim,
Cəfa ilə, minnət ilə.
Bayqu kimi sızıldaram,
Gecə-gündüz zillət ilə.
Ləblərin şərab süzür,
Şəkər ilə, şərbət ilə.
Hər kəsə qismət olsa,
Nuş eyliyər ləzzət ilə.
Geyibsən əlvan-əlvan,
Rəngbərəng xələt ilə.
Xələtini biçərəm,
Candan-başdan keçərəm,
Öz yurduma köçərəm,
Zəhər versən içərəm,
Gövhərlə dürr seçərəm.
Sərrafam, əl üzmərəm,
Cəvahir-kandan ölürəm.
Nə ola sən olasan,
Mən cavanın yarı əziz.
Cənnətin rizvanısan,
Qılman ilə huri əziz.
Bu gözəllik ki səndə var,
Başa versin tari əziz.
Tapmaram bu dünyada,
Sənə bərabəri əziz.
Məhəmmədin müxəmməsi,
Dostun yadigarı əziz.
Yadigardı sirdaş,
Sirrim etdim xalqa faş,
Aylayıb tökdüm qan-yaş,
Yaxşı saxla başabaş,
Bir mən ilə təmənnəş.
Bir gecənin mehmanıyam,
Ayrılsam səndən, ölürəm.