Ömrüm axır olanda nə qılım mən, xudaya
Jump to navigation
Jump to search
Ömrüm axır olanda nə qılım mən, xudaya (XII əsr) Müəllif: Əhməd Yəsəvi |
Mənbə: Anar (1999). Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab. (az). Bakı: "Azərbaycan". 2017-07-08 tarixində arxivləşdirilib. 2017-07-08 tarixində istifadə olunub. |
Ömrüm axır olanda nə qılım mən, xudaya?
Can alıcı gələndə nə qılım mən, xudaya?
Can vermənin vəhmindən, Əzazilin zəhmindən,
Şəfqət olmasa səndən nə qılım mən, xudaya?
Can vermək işi düşvar, asan qılgil, ya cəbbar
Səndən özgə yox qəmxar, nə qılım mən, xudaya?
Camm cüda olanda, tənim burda qalanda,
Taxta üzrə alanda, nə qılım mən, xudaya?
Aciz olub yatanda, fəriştələr girəndə
“Mən rəbbik” dib' soranda, nə qılım mən, xudaya?
Iltib gira qoyanda, yeddi qədəm dönəndə,
Sorucular girənde, nə qılım mən, xudaya?
“Mən rəbbük” dib duranda, qara gündür uş anda,
“Rəbbin kimdir?” deyəndə, nə qılım mən, xudaya?
Qul Xacə Əhməd sən bəndə, nəfs əlində şərməndə,
Məşhər günü olanda, nə qılım mən, xudaya?