Öp
Görünüş
Öp Müəllif: Aşıq Abbas Tufarqanlı |
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5 |
Könül, Məcnun kimi yayın dağlara,
Əyil, bu lalənin budağmdan öp!
Pərvanə tək dolan yarın başına,
Arala tellərin, qabağından öp!
Almaq olmaz nanəcibin qızını,
Çəkmək olmaz bədəsilin nazını,
O üzünü, bu üzünü, gözünü,
Dilindən, dişindən, dodağından öp!
Kitabda oxunan sina yaxşıdı,
Seyrağıb gərdəni sına yaxşıdı
Mən dedim: öpməyə sinə yaxşıdı,
Könül ha yalvarır, buxağından öp!
Bağçalar titrəşir bardan ötəri,
Almadan, heyvadan, nardan ötəri,
Abbas, ağlayırdın yardan ötəri,
Dur, şahimərdanın ayağından öp!