Məzmuna keç

Öpsəm əgər o qırmızı gülün bal dodağın

Vikimənbə saytından
Öpsəm əgər o qırmızı gülün bal dodağın (2000)
Müəllif: RAUF CAVAD

Öpsəm əgər o qırmızı gülün bal dodağın,
Doymaz ruhum, yeyər can, dodağın bal qaymağın.

Darayıb qara saçların, ala gözlü Dilbər,
Yanağları al-qırmızıdır bu Gülyanağın.

Bir kəlmə dodağından çıxan sözə bənddir can,
Dəvət et qurbanını, alsın eşqin sorağın.

Gözlətmə qapıda boynubükük Aşiqini,
Yar, izin ver gəlsin, təslim etsin can, yarağın!

Məgər bilməzmisən dəlidir nəfsim eşqinə,
Nədən göstərərsən qırmızı rəngli bayrağın?!

Həsrətdədir bülbül, yanığlıdır qızılgülə,
Kaş qona bülbül gülə, çəkə keyfi-damağın.

Yar, xəbər göndər gəlim verim can qucağında,
Ölüm vətən ağuşunda, Gözəl Qara-bağın!

Elnarəm, eşqində dəlidir bu həsrət canım,
Çağır bir gecə yarı, gəlsin Rauf, dayağın!
          ...Müəllif:Rauf Cavad