Məzmuna keç

Övzai-dəhrü kari-cahanü dövrü-ruzigar

Vikimənbə saytından
Övzai-dəhrü kari-cahanü dövrü-ruzigar
Müəllif: Mir Mehdi Xəzani
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13.

Övzai-dəhrü kari-cahanü dövrü-ruzigar,
Daim təğyir ilə təbdil qılıb şüar.

Bundan qiyas eylə ki, gör gahi yay olur,
Gahi xəzanü, gahi zimistanü, gahi bahar.

Gah səfavü eyşü təravətdə gülü çəmən,
Məcmu səbzü xürrəm olur bağu laləzar.

Gah fəsürdəxatir üşşaq tək zəmin,
Fəsli-xərif cümlə nəhifü fükarü qar.

Güldən gedər o ətrü səfa gördüyün tamam,
Biçarə əndəlib olur bağdan kənar.

Gəh bir zəlili qaldırırbən dəhr edər əziz,
 Eylər cəhanə xosrovi-sultani-tafdar.

Gəh bir əzizi sərvərü sultanü xan ikən, -
Eylər bu ruzigari-cahanda zəlilü xar.

Ari Xəzani dəhrdə bu rəsmdir qədim,
Əlbəttə bu fənayə könül vermə zinhar.