Öylə sərməstəm ki, idrak etməzəm dünya nedir
Görünüş
Öylə sərməstəm ki, idrak etməzəm dünya nedir Müəllif: Məhəmməd Füzuli |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Öylə sərməstəm ki, idrak etməzəm dünya nədir,
Mən kiməm, saqi olan kimdir, meyü-səhba nədir.
Kərçi canandan dili-şeydam üçün kam istərəm,
Sorsa canan bilməzəm kami-dili-şeyda nədir.
Vəsldən çün aşiqi müstəğni eylər bir vüsal,
Aşiqə məşuqdən hərdəm bu istiğna nədir?
Hıkməti-dünyavi-mafihə bilən arif deyil,
Arif oldur bilməyə dünyavi-mafiha nədir.
Ahü fəryadım, Füzuli, incidibdir aləmi,
Gər bəlayi-eşq ilə xoşnud isən, qovğa nədir?