Məzmuna keç

Öyrəşib bu qürbətə, oldum vətəndən bixəbər

Vikimənbə saytından
Öyrəşib bu qürbətə, oldum vətəndən bixəbər
Müəllif: Abbasqulu ağa Bakıxanov


Öyrəşib bu qürbətə, oldum vətəndən bixəbər,
Qəmlərə düşmüş könüldən getdi ümmidi-səhər.

Mən ki, dərddən etmərəm bir an şikayət, dinmərəm,
Ki, neçin ovçum unutmuş torda, etməz bir nəzər.

Vardı qəlbimdə ümidim, arizum, ancaq nedim,
Oldum avarə, bu ömrüm, ah, keçdi çox hədər.

Mən salıb yadə keçən xoş günləri dostlar ilə,
Ağlaram fəryad ilə qəlbimdə sonsuzdur kədər.

Yar yanında dərdi mən bir an da duymazdım aman,
Gör ki, bu zalım fələk etdi mənə nə zülmlər?!

Gər zaman bundan sora gülsə mənə mənası yox,
Bir balıq çıxsa sudan başqa nəvaziş nə edər?

Mən daha bir an belə vaiz sözün etməm qəbul,
Tiflisin küncündə bu ömrü keçirrəm bəxtəvər.