Məzmuna keç

Öyrənmiş

Vikimənbə saytından
Öyrənmiş
Müəllif: Aşıq Valeh
Mənbə: Aşıq Valeh. "Qarabağdan səfər etdim" (Toplayıb tərtib edəni: Almara Nəbiyeva).

Şəfa bəxş dəmin ol Həzrəti İsadan ögrənmiş,
Həyatı cavidanı ləblərin Xizrindən ögrənmiş.
Gəhi xoş xəndə eylər bəzm ara minadan ögrənmiş,
Səvadi-kakilin təhrin şəbi-yəldadən ögrənmiş,
Cəbbinin tərtöv əfkəin yədi-bizadan ögrənmiş.
 
Qalub əyyami-sabiq qəmzeyi-xunrizdən qanun,
Müdami məcruih edər eşq əhlini bağrın, qılar purxun
Dili-sədparəni əşqilə çeşmidən edər Ceyhun.
İçibdir cəmi-məxmuri, edər aşiqlər əfsun
Bu dəvi çeşmi-məstan nərgisi-şəhladən ögrənmiş.

Qaşın tağın görüb mehrabü minbərlər çəkər xəcalət.
Buyindah nafeyi-cin müşkü-ənbərlər çəkər xəcalət.
Siyəh zülfün qəmindən sünbüli-tərlər çəkər xəcalət,
Görəndə qəddini sərvi-sənubərlər çəkər xəcalət.
Bu rəftarı nihal qamətin tubadan ögrənmiş.

Xiyali-cami-vəslin çoxları məst eyləyib bibak,
Görəndə sinəni hər sübhi-sadiq sinə eylər çak,
Ruxundan infial eylər məhi-taban nohəflak
Ruxin rəxşəndəlik şəmsi-cahanaradən ögrənmiş.

Gəl, ey zahid, sən etmə Valehi divanəni məlzəm,
Dügül təğyirə qail kim, təriqi-eşqədir möhkəm.
Haçan olmuş cahanda eşq dərdi qabili-mərhəm,
Sevəndə Leylini Məcnun, olanda dərdinə həmdəm,
Cununluq rəsmini bu qafili-şeydadan ögrənmiş.