Öz ıxtıyarımı mən vermışəm nıgar əlinə
Öz ıxtıyarımı mən vermışəm nıgar əlinə Müəllif: Hacı Rza Sərraf |
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13. |
Öz ıxtıyarımı mən vermışəm nıgar əlinə,
Yetibdi faili-müxtarın ixtiyar əlinə.
Könul, gər ıstəyırsən məstı-camı-eşq olasan,
İnani-huşunu ver yari-huşiyar əlinə.
O gün ki, qismət edibdir vücudu cüzvbəcüz,
Veriblə rişteyi-səbrü qərarı yar əlinə.
Həvayi-darilə Mənsurun əql şahbazi,
Uçub qonub səri-giysuyi-tabdar əlinə.
Nolurdu bircə gedəydi xəzan, gələydi bahar,
Düşeydi daməni-gül əndəlibi-zar əlinə.
Hənayə bax, necə gör bihəyadı, qanə dönüb,
Utanmayıb qızarıb, əl verib nigar əlinə.
Çəkibdi kamına könlüm quşun o zülfi-siyəh,
Udar, bəli, düşə güncüşk beççə, mar əlinə.
Əlində öz məməsin oynadırdı yar, dedim:
Ənari-tazə düşüb sərvi-gülüzar əlinə.
Demə bu aşiqə: Gəl, tari-zülfümə vur çəng,
Vücudu çəng olu gər düşsə bircə tar əlinə.
Bu növilən ki, yanar odlara, yanar Sərraf,
Xilas olunca salır nəqdi-xoşəyar əlinə.